• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə geniş yer verib

20-04-2023, 16:00 | Baxılıb: 186
“Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə geniş yer verib

Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün Salyan rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə geniş yer verib.
Diaspor.info xəbər verir ki, xarici mətbuatda yer alan xəbərlərdə xüsusilə dövlətimizin başçısının Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsi, Qarabağda yaşayan ermənilərlə bağlı fikirləri, eləcə də İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə əlaqədar Ermənistan hakimiyyətinə xəbərdarlığı barədə fikirləri xüsusilə diqqət mərkəzində olub.

Rusiyanın “Kommersant” qəzeti Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin ya Azərbaycan vətəndaşlığını qəbul etmələri, ya da özləri üçün başqa yaşayış yeri tapmaları kimi seçim təklif etməsini, Azərbaycan dövlətinin tezliklə sülh müqaviləsi imzalamağa, qarşıdurmaya son qoyulmasına hazır olması barədə fikirlərini oxucuların diqqətinə çatdırıb.

“Veçernyaya Moskva” nəşri dövlətimizin başçısının “Qarabağ bizim daxili işimizdir” fikrini xüsusilə önə çəkərək, Azərbaycan tərəfinin Qarabağ ermənilərinə demokratik əsaslarla seçim təklif etdiyini vurğulayıb.

“Regnum” agentliyi “Azərbaycan Prezidenti Qarabağ ermənilərindən seçim etməyi tələb edib” sərlövhəli xəbərdə dövlətimizin başçısının Azərbaycanın daxili işlərini heç kimlə müzakirə etməyəcəyinə dair bəyanatına xüsusi yer verib.

“News.ru” Agentliyində yayımlanan xəbərdə Prezident İlham Əliyevin müsahibəsindən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi rəsmən tanıdığı barədə fikri yer alıb. Nəşr xatırladır ki, Azərbaycan Prezidenti ölkənin bütün vətəndaşlarına azadlıq və problemlərin demokratik proseslər əsasında həll olunacağını vəd edir.

“Life.ru”, “Vedomosti” nəşrləri Prezident İlham Əliyevin danışıqların və sülh müqaviləsinin imzalanmasının ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında mümkün olması barədə sözlərini diqqətə çatdırıb.

“Qazeta.ru” nəşri, “RBK” agentliyində yayımlanan məqalələrdə qeyd olunub ki, Azərbaycan dövlətinin başçısı bu gün Qarabağda Azərbaycan Bayrağının dalğalandığını vurğulayıb və Ermənistan hakimiyyətini Qarabağı rəsmən Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını tələb edib.
portalları Azərbaycan Prezidentinin müsahibəsindən materiallar yayıblar. Məqalələrdə dövlətimizin başçısının bu gün Qarabağda Azərbaycan Bayrağının dalğalanması barədə fikirləri, eləcə də Ermənistanda Azərbaycan Bayrağının yandırılmasına sərt etirazı və separatçılara xəbərdarlığı barədə fikirlər oxucuların diqqətinə çatdırılıb. Materiallarda, eyni zamanda, Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı barədə də məlumat verilib.

İranın kütləvi informasiya vasitələri də dövlətimizin başçısının Azərbaycan Televiziyasına müsahibəsindəki fikirlərinə xüsusi yer veriblər. İranın “Jadidpress”, “İRNA”, “Mashreghnews”, “Entekhab”, “Noandish”, “Parstoday”, “Ghatreh” saytları dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi fikirlərin əsas məqamlarına toxunub. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib və burada yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu deyib. Yazılarda Prezident İlham Əliyevin “Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar” ifadəsi xüsusilə diqqətə çatdırılıb.

Vyetnam mətbuatında da Azərbaycan Prezidentinin müsahibə ilə bağlı xəbər yayımlanıb. “Voice of Vietnam” radiosunda yayımlanan xəbərdə Prezident İlham Əliyevin Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi və burada yaşayan ermənilərin Azərbaycan vətəndaşları olması barədə fikirləri qeyd edilib. Həmçinin dövlətimizin başçısının Azərbaycanın daxili işlərini heç bir ölkə ilə müzakirə etməyəcəyi barədə bəyanatı da xüsusi vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


186

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.