• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanın və İsrailin xarici işlər nazirləri ölkələrimiz arasındakı münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər

20-04-2023, 21:00 | Baxılıb: 223
“Azərbaycanın və İsrailin xarici işlər nazirləri ölkələrimiz arasındakı münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər

Aprelin 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Eli Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Diaspor.info-ya bildiriblər ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, ölkəmizin İsrail Dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına və uğurlu əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

Nazirlər çoxşaxəli əməkdaşlıq gündəliyində duran siyasi, iqtisadi, o cümlədən energetika, təhsil və tədqiqat, yüksək texnologiyalar, rəqəmsallaşma, turizm, humanitar və bir çox başqa sahələr daxil olmaqla əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bu gün Bakıda iclası keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyəti təqdir edilib və münasibətlərin daha da şaxələndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcudluğundan söz açan nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı səfərlərin, o cümlədən təmasların əhəmiyyətindən bəhs edib. Bu xüsusda keçirilən görüşlərin və aparılan müzakirələrin tərəfdaşlığımızın daha da dərinləşdirilməsi, habelə ikitərəfli dialoqun daha da inkişaf etdirilməsi baxımından mühüm olduğu diqqətə çatdırılıb.

Görüşdə ölkəmizin İsraildə səfirliyinin açılmasının son 30 ildə inkişaf edən və yeni keyfiyyət mərhələsinə qədəm qoyan Azərbaycan-İsrail münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər ikitərəfli münasibətlərin bütün istiqamətləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində nazirlər tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı” imzalanıb.скачать dle 10.6фильмы бесплатно


223

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.