• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib

26-04-2023, 11:00 | Baxılıb: 188
“Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Yüksək xidmətə görə” dövlət medalı ilə təltif edib.
Diaspor.info “Anadolu”ya istinadən xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.

Türkiyə Prezidenti həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib.

R.T.Ərdoğan eyni zamanda digər ölkələrdən olan nümayəndə heyətlərini də mükafatlandırıb.

“Biz kimsənin yaşadığımızı yaşamasını və bu cür ağır sınaq qarşısında qalmasını istəmirik”, - Türkiyə lideri tədbirdə çıxışı zamanı söyləyib.

O bildirib ki, kimsə təbii fəlakətlərdən sığortalanmayıb: “Zəlzələnin təsirlərinin aradan qaldırılması üçün bizə kömək edən hər kəsə, o cümlədən əcnəbi dostlarımıza təşəkkür edirəm. Əsrin fəlakəti qarşısında bütün millətimiz səfərbər oldu. Dünyanın 90 ölkəsindən gələn xilasedicilər bizə dəstək verdi. Könüllülərlə birlikdə təxminən 650 min insanımız zəlzələ baş vermiş ərazilərə axın etdi”.
R.T.Ərdoğanın sözlərinə görə, zəlzələdən sonra 60 ölkə və beynəlxalq təşkilat Türkiyəyə səhra çadırı göndəriblər: “Biz bunları unutmuruq. Qara günün dostlarını tanıyırıq. Vaxtilə dəstək olduğumuz dostlarımız zəlzələ zamanı bizi tək qoymadılar. Türkiyəyə gələn əcnəbi xilasedicilər həm bizim, həm də öz ölkələrinin qürur mənbəyi oldu”.

Prezident bildirib ki, fevralın 6-da baş vermiş zəlzələ tarixin ən dəhşətli fəlakətlərindəndir.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.скачать dle 10.6фильмы бесплатно


188

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.