Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun sabah Bakıya gələcək.
Diaspor.info-nun məlumatına görə, Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycana səfər edəcək.
Səfər zamanı onların paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub.
194