• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Brüssel görüşünün əsas yekunu: Ermənistan etiraf edir ki, Qarabağ Azərbaycandır

18-05-2023, 13:00 | Baxılıb: 214
“Brüssel görüşünün əsas yekunu: Ermənistan etiraf edir ki, Qarabağ Azərbaycandır

Bu günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli formatda görüşlərin beşinci raundu başa çatdı. Xatırladaq ki, bu formatda bundan əvvəlki raundlar 2021-ci il dekabrın 14-də, sonra 2022-ci ildə üç dəfə - aprelin 6-da, mayın 23-də və avqustun 31-də keçirilib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşləri, habelə Moskvada 2021-ci il yanvarın 11-də və iki dəfə Soçidə - 2021-ci il noyabrın 26-da və 2022-ci il oktyabrın 31-də keçirilib.

Bundan başqa, 2022-ci il oktyabrın 6-da Praqada, “Avropa Siyasi Birliyi” birinci Zirvə Toplantısı çərçivəsində yuxarıda adıçəkilən Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə dördtərəfli formatda və cari il fevralın 18-də Münxendə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin moderatorluğu ilə görüşlər də keçirilib.

Yeri gəlmişkən, Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə keçirilən birinci görüşdən dərhal sonra Emmanuel Makronun təşəbbüsü ilə (lakin onun iştirakı olmadan) Azərbaycan və Ermənistan liderləri arasında təkbətək görüş keçirilib.

Bir az irəli gedərək, ötən bazar günü, son görüşdən dərhal sonra Şarl Mişel tərəfindən səsləndirilən mətbuat üçün bəyanatda artıq açıqlandığı kimi bildirək: iyunun 1-də Kişineuda “Avropa Siyasi Birliyi” ikinci Zirvə Toplantısı çərçivəsində Almaniyanın Federal kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun həmmoderatorluğu ilə danışıqların daha bir raundu gözlənilir, sonra bu ilin oktyabrında Qranadada artıq “Avropa Siyasi Birliyi” üçüncü Zirvə Toplantısında keçiriləcəyi ehtimal olunur. Bundan başqa, yəqin ki, iyulda danışıqların sayca altıncı raundu - ənənəvi üçtərəfli Brüssel formatında Əliyev-Mişel-Paşinyan görüşü keçiriləcək.Ümumdünya Gömrük Təşkilatına - mənzil-qərargahı Brüsseldə yerləşən hökumətlərarası beynəlxalq təşkilata istinad da səsləndi. Ehtimal etmək qalır ki, tərəflərin müraciət etmək niyyətində olduqları bu təşkilatın dəstəyi, elə ona istinadın özü Prezident Əliyevin 2021-ci il dekabrın 14-də, ən birinci Brüssel görüşü ərəfəsində dediyi həmin praktikanın, məhz Ermənistan-Azərbaycan sərhədinin həm Gorus-Laçın hissəsində, həm də Zəngəzur dəhlizinin (diqqət: “dəhliz” sözü “dəhliz” sözünün özündən başqa qeyri-adi heç nəyi nəzərdə tutmur) hər iki başında kəsişmə rejimlərinin dəqiqləşdirilməsinin həyata keçməsini nəzərdə tutur. Beləliklə, Zəngəzur dəhlizi olacaq və Ermənistan bu dəhlizin hər iki başında gömrük nəzarəti məntəqələrinin yaradılması şərtilə onun açılmasına razılıq verir. Bu nəzarətin hansı şəkildə olacağı barədə danışmaq hələ tezdir, lakin Mişelin bəyanatında Ümumdünya Gömrük Təşkilatına istinad görünür ki, təsadüfi edilməyib.Bununla bağlı hələ də açıq qalan iki məsələ var. Birincisi, avtomobil yolunun müqəddəratı və marşrutu, ikincisi isə Mehri rayonu ərazisində dəmir yolu zolağının bərpasına İrəvanın razılığına həddən artıq qısqanc cənub qonşunun reaksiyası. Tehranda bu dəfə nə deyəcəklər? Yenə də “geosiyasi dəyişiklərin və sərhədlərin yenidən cızılmasının yolverilməz olmasından” danışacaqlar?

Brüsseldə tərəflər saxlanılmış şəxslərin (Ermənistanda onları əsassız olaraq “hərbi əsir” adlandırırlar) növbəti dəfə azad olunmasına dair də razılıq əldə ediblər. Avropa İttifaqı Şurasının Prezidenti öz bəyanatında qeyd edib ki, əlverişsiz hava şəraiti nəticəsində sadəcə yolunu azan və ya digər şəraitlərdə başqa ölkənin ərazisində olan şəxslər yumşaldılmış rejimdə vətənə qaytarılmalıdır. Görüşdə itkin düşən şəxslərin taleyi və minalardan təmizləmə ilə bağlı məsələlər də müzakirə olunub.

Ermənistan hökumətinin başçısı onunla razılaşdı ki, Qarabağ hər hansı “suveren dövlət” deyil, xüsusən də ehtiyatsız olaraq bəyan etdiyi kimi “Ermənistan” deyil, keçmiş Dağlıq Qarabağ muxtar vilayətidir. Orada yaşayan ermənilər isə “xalq” deyil, “əhali”dir. Həmin böyük “keçmiş vilayət”in həmin “əhalisi”nin nümayəndələri ilə Bakı arasında dialoq üçün “beynəlxalq görünüş”ə və ya “beynəlxalq nəzarət mexanizmləri”nə nail olmaqdan ötrü bütün səylər (əsasən də ABŞ Dövlət Departamentinin) iflasa uğradı. Şarl Mişel etiraf edir ki, “beynəlxalq ictimaiyyətlə əməkdaşlıq şəraitində” (razılaşın ki, “beynəlxalq görünüş”ə və ya “beynəlxalq nəzarət mexanizmləri”nə mütənasib deyil) Bakını bu əhali ilə dialoqa çağırıb.

Şarl Mişelin bəyanatından belə nəticə hasil olmur ki, Ermənistan KİV-lərində “Bakı təslim oldu” və təmaslar indi “beynəlxalq ictimaiyyətin iştirakı ilə” olacaq kimi məlumatlar yayılsın və bu, onların zəngin fantaziyalarının bəhrəsidir.

Bu saata olan yeganə məlumat “sızma”sından hələ ki, bu qənaətlərə gəlmək mümkündür. Brüsseldəki son görüş iki xalqı sülhə yaxınlaşdırıbmı? Sözsüz. Avropa siyasətçisinin bəyanatı sayəsində üzə çıxan yeni elementlər buna sübutdur. Lakin biz çoxdan gözlənilən sülhə yaxınıqmı? Bax bununla bağlı müəyyən şübhələr var. Hər halda irəlidə hələ yüksək səviyyəli üç görüş – Kişineu, Brüssel, daha sonra Qranada görüşləri var. Bu isə o deməkdir ki, hələ həllini gözləyən məsələlər qalır.

Sülhə gedən yol enişli-yoxuşludur. Lakin tərəflərin xoş məramı olduqda bu yolu büdrəmədən keçmək mümkündür. Azərbaycanda bu istək var. Əgər Ermənistan Azərbaycan kimi nəticəyə köklənərsə, o halda regionumuzda nəhayət sülh bərqərar olar.скачать dle 10.6фильмы бесплатно


214

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.