• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AQTA sədri Fransada Qətərin Bələdiyyə və Ətraf Mühit naziri ilə görüşüb

21-05-2023, 09:00 | Baxılıb: 23
“AQTA sədri Fransada Qətərin Bələdiyyə və Ətraf Mühit naziri ilə görüşüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasında iştirakla əlaqədar Fransada səfərdədir. Səfər çərçivəsində Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Diaspor.info-ya verilən məlumata görə, görüşdə ölkəmizdə aparılan institusional islahatlar, vahid qida təhlükəsizliyi sisteminin formalaşdırılması və bununla əlaqədar olaraq yaradılan agentliyin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilərək qeyd edilib ki, ölkədə qida təhlükəsizliyinə nəzarət, insanların sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması sahəsində mühüm işlər həyata keçirilir.
Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subaini Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid sistemin formalaşdırılması və əldə olunmuş nəticələri müsbət qiymətləndirərək bunun Qətər üçün də nümunə olacağını diqqətə çatdırıb və bu sahədə gələcəkdə təcrübə mübadiləsi aparılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı baytarlıq sertifikatlarının razılaşdırılması, heyvan mənşəli məhsulların ixrac prosedurları, ixrac potensiallı məhsullar üzrə əməkdaşlığın həyata keçirilməsi, yaxın gələcəkdə elektron sertifikatların mübadiləsi ilə bağlı məsələlər müzakirə mövzusu olub.
Eyni zamanda, görüş çərçivəsində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlıq üzrə müqavilə-hüquqi bazanın yaradılması üçün müvafiq istiqamətlər üzrə müqavilə layihələrinin hazırlanaraq imzalanması üzrə işlərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Fransaya səfəri çərçivəsində bir sıra digər mühüm görüşləri də keçiriləcək.скачать dle 10.6фильмы бесплатно


23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”
Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.