• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

31-05-2023, 10:00 | Baxılıb: 181
“Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

Mayın 30-da Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
Bu barədə Diaspor.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.
Görüş zamanı, Xəzər dənizində beştərəfli əməkdaşlığa aid olan geniş spektrli məsələlər müzakirə olunub.
Xəzəryanı dövlətlərin 2022-ci il iyunun 29-da keçirilən altıncı Zirvə toplantısında qəbul olunmuş qərarların həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun gündəliyi ilə bağlı məsələlərə dair mövqelərin dəqiqləşdirilməsinin qarşılıqlı anlaşmaya və qrupun növbəti iclasının səmərəliliyinə töhfə verəcəyi vurğulanıb.
Məsləhətləşmələr zamanı Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası və Xəzəryanı dövlətlər arasında razılaşma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri, eləcə də Xəzər regionunda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.