• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüşüb

8-06-2023, 10:30 | Baxılıb: 144
“Ombudsman İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüşüb

Ombudsman İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) siyasət və əməkdaşlıq üzrə direktoru Andreas Kleiserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ICMP hökumətlər, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla hərbi münaqişələr, insan hüquqlarının pozulması, təbii fəlakətlər, qeyri-qanuni miqrasiya və digər səbəblər nəticəsində itkin düşmüş şəxslərin məsələlərinin həlli istiqamətində fəaliyyət göstərir.
S.Əliyeva görüşdə Ombudsmanın mandatı və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Müvəkkil Ombudsman Aparatında və regional mərkəzlərdə insanların canlı qəbulunun həyata keçirildiyini bildirib. Eyni zamanda, müraciətlərin 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron qaydada və sosial şəbəkələr vasitəsilə qəbul olunduğu, pozuntu hallarının operativ şəkildə aradan qaldırılması, vətəndaşların informasiya sorğularının cavablandırılması istiqamətində zəruri tədbirlərin görüldüyü qeyd edilib.
Ombudsman Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyinin indiyədək məlum olmadığını, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmasına görə məsuliyyət daşıdığını diqqətə çatdırıb. Müvəkkil bu məsələnin beynəlxalq platformalarda qaldırılması, o cümlədən aidiyyəti beynəlxalq qurum və təşkilatlara müraciətlərin edilməsindən bəhs edib.
Ombudsman otuz ilə yaxın dövr ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın mina terroru törətdiyini qeyd edib. Müvəkkil dəfələrlə tələb olunmasına baxmayaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin hələ də ölkəmizə təqdim edilmədiyini, nəticədə çoxsaylı mülki şəxslərin mina qurbanına çevrildiyini bildirib.
S.Əliyeva müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırılması üçün Ombudsman tərəfindən faktaraşdırıcı missiyalar həyata keçirildiyini, yerində araşdırmalar aparıldığını və əldə olunan faktoloji materiallara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərildiyini diqqətə çatdırıb.
Sonda qurumlar arasında gələcəkdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно


144

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.