• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ermənistandan növbəti EKOTERROR - Naxçıvanla sərhəddə zavod tikmək planı nəyə hesablanıb?

8-06-2023, 22:00 | Baxılıb: 161
“Ermənistandan növbəti EKOTERROR - Naxçıvanla sərhəddə zavod tikmək planı nəyə hesablanıb?

Naxçıvan Televiziyası bu günlərdə Ermənistanın Naxçıvan MR ilə sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması barədə süjet yayımladı və bunun Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olduğunu bildirdi.
Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq. Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər.
Diaspor.info xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Əməkdar elm xadimi, AMEA-nın müxbir və həqiqi üzvü və kimya elmləri doktoru, professor Adil Qəribov Naxçıvan Televiziyasını bu problemi vaxtında qaldırdığına görə təqdir etdiyini bildirib.
Onun sözlərinə görə, bu zavod məhz Naxçıvanla sərhəddə tikiləcəksə, ilk növbədə onun ekologiyaya və ətraf mühitə təsirləri qiymətləndirilməli və qiymətləndirmə layihəsi bütün sərhəd dövlətlərinə göndərilməlidir:
“Əhalinin bu məsələyə etiraz etməsi gözəl addımdır. Ona görə ki, yüksək temperatura malik olduğu üçün metallurgiya zavodunun ekologiyaya mənfi təsirləri olduqca çoxdur. Çünki zavoddan atılan zəhərli tullantılar ilk növbədə atmosferi çirkləndirəcək. Zavodun Araz çayı kənarında tikiləcəyini də nəzərə alsaq, bunun çaya vuracağı ziyanın miqyası daha böyük olacaq.
Ermənistan hakimiyyəti bunları bildiyi üçün zavodu bilərəkdən Naxçıvan sərhədində tikmək istəyir.Bu aspektdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərlik səviyyəsində müraciət hazırlamalı, zavodla bağlı toplanan bütün faktlar və sənədlər beynəlxalq təşkilatlara göndərilməli, rəsmi şəkildə məsələ qaldırılmaldır ki, bu zavodun işə salınması təkcə həm Azərbaycanın və bölgənin ekologiyasına və ətraf mühitinə ziyan vurmayacaq, həm də transsərhəd suların çirklənməsinə səbəb olacaq”.
Bununla belə, həmin təşkilatlar tərəfindən Azərbaycanın qaldıracağı problemin həlli istiqamətində müsbət addımların atılacağına inanmadığını deyən A.Qəribov buna misal olaraq, Metsamor AES ilə bağlı MAQATE qarşısında qaldırılan problemin hələ də bu günə qədər həll olunmadığını diqqətə çatdırıb:
“Bu təşkilat, təəssüf ki, öz nizamnaməsində göstərilən bir müddəa ilə bizə cavab verəcəklər. Həmin müddəada göstərilir ki, nüvə enerjisinə malik olan dövlətlərin bundan dinc məqsədlərlə istifadə etməsi vacibdir. O cümlədən hər bir dövlətin öz ərazisində sənaye müəssisəsi tikmək hüququ var.
Əgər, həqiqətən də, həmin müəssisənin ətraf mühitə və ekologiyaya mənfi təsiri ilə bağlı əlimizdə faktlar varsa, bunu əsas tutmalıyıq.
Əgər yoxdursa, inanmıram ki, beynəlxalq təşkilatlarda hansısa bir müsbət cavab ala bilək. Çünki həmin təşkilatlar 30 ildən çox müddət ərzində torpaqlarımızın işğal altında qalmasına və 1 milyondan çox məcburi köçkün və qaçqınlarımızın olmasına səslərini çıxarmadılar”.
Müsahibimiz hesab edir ki, Azərbaycan da Naxçıvan-Ermənistan sərhədində, yaxud işğaldan azad olunmuş Qarabağ ərazisində molimetal zavodları və müəssisələri tikməlidir:
“Çünki Naxçıvanda və Qarabağda zəngin yeraltı filiz yataqlarımız var və indi biz bu zənginliklərdən rahat şəkildə istifadə edə bilərik. Ermənilərin bu zavodun tikilməsi ilə kifayətlənəcəklərini düşünmürəm.
Çünki bizdə onların Naxçıvan sərhədində uran yataqlarının axtarışı ilə məşğul olduqları barədə məlumatlar var. Hətta bu yataqlardan birgə istifadə ilə bağlı Rusiyaya müraciət də ediblər. Ancaq bu yataqların potensialı çox az olduğu üçün ruslar onlarla razılaşmamışdılar.
Bununla belə, ermənilər Azərbaycana ziyan vurmaq üçün həmin sərvətlərdən istifadə olunması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıracaqlar”.
Qeyd edək ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Naxçıvan MR-lə sərhəddə zavod tikməsi ilə bağlı bəyanat yayıb.Bəyanatda bildirilir ki, Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb:
“Bu, Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozması deməkdir.
Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır”.скачать dle 10.6фильмы бесплатно


161

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.