• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib

8-06-2023, 18:30 | Baxılıb: 193
“Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Ledovı” sarayında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Yüzilliklər boyu dostluq” adlı təmtəraqlı qala-konsert keçirilib.
“Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə rəsmi şəxslər, yerli ictimaiyyətin müxtəlif təbəqələrinin və milli birliklərin təmsilçilərindən ibarət 12 min tamaşaçı iştirak edib. Qonaqlar arasında şəhərin qubernatoru Aleksandr Beqlov, Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov və başqaları olub.
Tədbir iştirakçılarını “Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişov salamlayıb.
Tədbirdə çıxış edən Komitə sədrinin müavini V.Seyidbəyov şəhər ictimaiyyətini yubiley münasibətilə təbrik edib, bu il ölkəmizdə və dünyanın müxtəlif ölkələrində xalqımızın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Bu mühüm hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyi nəzərə çatdırılıb. Sovet dövründə Heydər Əliyevin Moskvada yüksək vəzifələrindən birini tutduğunu xatırladan Komitə sədrinin müavini bildirib ki, böyük öndər Azərbaycan Prezidenti olduğu illərdə qonşu ölkə ilə ikitərəfli münasibətlərin inkişafı naminə misilsiz xidmətlər göstərib, Sankt-Peterburq şəhərinə də rəsmi səfərlər edib: “Hazırda Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətlər yüksək səviyyədədir və bu münasibətlərin qurulmasının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub. Dövlətlərimizin liderləri arasında dostluq münasibətləri də buna bariz nümunədir”.

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib


Sədr müavini DİDK nümayəndə heyətinin möhtəşəm tədbirə dəvət olunmasına görə şəhər rəhbərliyinə, eləcə də Rusiyanın müxtəlif şəhərlərində “Heydər Əliyev İli” çərçivəsində çoxlu sayda tədbirlər keçirən diasporumuza və rusiyalılara minnətdarlığını bildirib, “Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının və sədr Vaqif Məmişovun diaspor fəaliyyətini yüksək qiymətləndirib.
Tədbir Heydər Əliyevin uzaqgörən siyasətindən və Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı böyük xidmətlərindən bəhs edən filmin nümayişi ilə davam edib.
Sonra Azərbaycandan gələn incəsənət xadimlərinin, Mariinski Teatrının artistlərinin və Sankt-Peterburqun milli-mədəni birliklərinin yaradıcı kollektivlərinin ifasında konsert proqramı təqdim edilib. İkinci Dünya müharibəsi və Qərb Hərbi Dairəsinin orta yaş həddi 88 olan veteranlarından ibarət xorun çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, konsertdən öncə şəhərin qubernatoru Aleksandr Beqlov və Qanunvecilik Məclisinin sədri Aleksandr Belski MDB ölkələrini əhatə edən veteranlar və blokada dövrünün sakinləri ilə görüşüb, gənclərin vətənpərvər ruhda yetişməsində fəal iştiraklarına görə onlara minnətdarlıqlarını bildiriblər.
“Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişova bayram tədbirinin təşkilində xidmətlərinə görə “Sankt-Peterburqun 320 illiyi” medalı təqdim edilib.скачать dle 10.6фильмы бесплатно


193

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.