• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İstanbulda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

8-06-2023, 17:30 | Baxılıb: 189
“İstanbulda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

İstanbulda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Türkiyənin İstanbul şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalqın adamı” adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası və İnsan Haqları, Təhsil, Kültür və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Heydər Əliyevin və iki dövlətin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının sədri Ədalət Turanın qonaqları salamlamasından sonra Dövlət Komitəsinin hazırladığı “Heydər Əliyev və Azərbaycan diasporu” adlı sənədli film nümayiş etdirilib.

İstanbulda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub


Komitə sədrinin birinci müavini Valeh Hacıyev çıxışında ölkəmizin və türk dünyasının qüdrətli liderlərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb. Dahi şəxsiyyətin “bir millət, iki dövlət” adlandırdığı Türkiyə-Azərbaycan dostluq və qardaşlığından söz açıb. Qardaş ölkədə prezident seçkilərinin ikinci turunun xalqımıza çox əziz olan tarixi günə, 28 May – Müstəqillik Gününə təsadüf etdiyini xatırladıb. Seçkinin nəticəsinin Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük sevinc və coşğu ilə qarşılandığını, dövlətlərimiz arasında siyasi və iqtisadi birliyin daha da güclənəcəyinə əmin olduğunu vurğulayıb.
İnsan Haqları, Təhsil, Kültür və Həmrəylik Dərnəyinin sədri Məhşəti Şərif Özyürek kütləvi informasiya vasitələrinə həssas münasibəti ilə fərqlənən, jurnalistlərin əməyini daim yüksək qiymətləndirən, sağlığında “Jurnalistlərin dostu” mükafatını qazanmış Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Tədbirdə çıxış edən Vətən Partiyasının sədri Dr. Doğu Perinçek, Ədalət və İnkişaf Partiyasının üzvü, 2011-2018-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü Metin Külünk yeni dünya düzənində ölkələrimizin yerindən və rolundan danışıblar, Türkiyə Cümhuriyyətinin qurucusu Müstafa Kamal Atatürkün və Heydər Əliyevin mübarizə həyatının bənzərliyinə diqqəti cəlb ediblər.
“Türk dünyasının yeni dünya düzənində önəmli amil olacağına inanırıq. Cünki Heydər Əliyevin liderliyi və dövlət siyasətindəki uğurları sayəsində Can Azərbaycan qəhrəman ordusu ilə bərabər türk dünyasına örnəkdir”, - deyə Doğu Perincek söyləyib.
“Türkün var olduğu yerdə ədalətsizlik olmaz”, - deyə Metin Külünk ölkələrimizin birlikdə yeni dünya düzəninə yön verməsinin bütün bəşəriyyət üçün önəmli olduğunu vurğulayıb.
Eskişəhər Azərbaycanlılar Dərnəyinin üzvü, “Üç cizgi” jurnalının əməkdaşı Gülgün Abbasbəyli “Dayanıqlı liderlik çərçivəsində Heydər Əliyevin Azərbaycan gəncləri siyasəti” mövzusunda təqdimatla çıxış edib.
Tədbir müğənni Elgün Quliyevin ifasında Heydər Əliyevin sevdiyi Azərbaycan mahnılarından ibarət konsert proqramı ilə yekunlaşıb.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.скачать dle 10.6фильмы бесплатно


189

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.