Fransanın “Radio Courtoisie” radiostansiyasında bu ölkədə yaşayan azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Zaur Sadıqbəylinin erməni əsilli jurnalist Leo Nikolyanla debatı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspor info-ya bildirilib ki, Mark Borovskinin aparıcılığı ilə idarə olunan “Azad mübahisələr” proqramında baş tutan debat zamanı Qarabağ münaqişəsinin tarixi, münaqişənin inkişafı, Fransanın rolu kimi mövzular müzakirə edilib və suallar cavablandırılıb.
Bu debatı təşkil etdiyi üçün radioya təşəkkürünü bildirən Zaur Sadıqbəyli öncə Azərbaycan həqiqətlərinin Fransanın kütləvi informasiya vasitələrində səsləndirilməsinə yol verilmədiyinə, Azərbaycan icmasının mövqeyinin fransız ictimaiyyətinə çatdırılmasına əngəllər törədildiyinə görə Makron hakimiyyətini sərt tənqid edib.
Sonra qalmaqallı bəyanatlar müəllifi olan erməni jurnalistinin “Qarabağ qədim zamanlarda böyük Ermənistan imperiyasının tərkib hissəsi olub”, “Azərbaycan o vaxt heç olmayıb”, “ermənilər dünyada birinci xristian xalq olub”, “XX əsrin əvvəllərində Qafqazda müstəqil dövlətlər yaradılanda Qarabağ Ermənistanın tərkibində idi”, “Stalin onu Azərbaycana verib”, “Bunun nəticəsində 1988-ci ildə ermənilər Dağlıq Qarabağ iddiasını irəli sürüblər və müharibə başlayıb” kimi absurd iddialarını faktlar və dəlillərlə rədd edib.
İrəvanda doğulduğunu xatırladan Zaur Sadıqbəyli bildirib ki, ermənilərin Qarabağla bağlı yanlış narrativlərini çox eşidib, halbuki münaqişə artıq keçmişdə qalıb. “Bilirsiniz, 2000 ildən sonra biz deyə bilmərik ki, 2000 il əvvəl “Böyük Ermənistan” olub...”, - deyə soydaşımız sarkazmla cavab verib.gətirən soydaşımız qeyd edib ki, yol hərəkət üçün açıqdır. Halbuki, istənilən ölkədə, o cümlədən Fransada bir qrup insan “biz müstəqil olmaq istəyirik, çünki bizim dilimiz başqadır” deyərsə, bu, ölkədaxili separatçılıq kimi qiymətləndirilir: “Bu gün Azərbaycanın yanaşması çox sadədir. Hər hansı bir şəxs Azərbaycanın Konstitusiyasını, qanunlarını və ərazi bütövlüyünü qəbul edirsə, ölkəmizdə yaşaya bilər”.
Leo Nikolyanın dilə gətirdiyi “Əgər Korsika Fransadan müstəqillik istəsə, Makron referendumu qəbul etsə...” ifadəsini aparıcı Mark Borovski yarıda kəsib: “Amma o (Makron) bunu qəbul etməyəcək”.
Erməni jurnalist bu məqamda özünə hakim ola bilməyib və Makronu diktator adlandırıb: “Əlbəttə, çünki Makron gizlı diktatordur. Əlbəttə, o, heç vaxt korsikalıların, qaskonların və digərlərinin müstəqilliyini qəbul etməyəcək...”.Zaur Sadıqbəylinin erməni jurnalistinə cavabı belə olub: “Cənab Nikolyan, siz bilirsiniz ki, dünyada heç bir ölkə öz ərazisinin bir hissəsinin qoparılmasını qəbul etməz. Fransızlar da (razı olmaz). Avropada sonuncu (problem) olan Kataloniya idi. İspaniyada da eyni şey oldu. Sabah belə qopma məsələsini Fransada qoyun referenduma. Fransızlar onu rədd edər. Bilirsiniz niyə? Çünki Konstitusiyanın birinci maddəsində “Fransa vahid və bölünməz ölkədir” yazılıb. Bunu başa düşürsünüz? Qarabağ da Azərbaycanın bir bölgəsidir”.
Aparıcı Mark Borovski dünya birliyinin, o cümlədən Fransa, Almaniya və ABŞ-ın Qarabağın Azərbaycan torpağı olduğunu rəsmən tanıdığını xatırladanda, Leo Nikolyan “Makron elə özü ermənilərə dedi (bunu)” etirafını boynuna alıb.
Zaur Sadıqbəyli bildirib ki, artıq Avropa Birliyinin vasitəçiliyi ilə aparılan danışıqlarda tərəflər qarşılıqlı olaraq Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.
Leo Nikolyan isə növbəti qalmaqallı ifadəsini dilə gətirib: “Bilirsiniz ki, mən Avropaya qarşıyam... Şarl Mişel, bağışlayın məni, bir kukladır. Yanında səhər, günorta və axşam Azərbaycana baş əyən o sarışın xanım Ursula Fon der Lyayen olanda, ona hər şey vermək istəyir. Çünki bizə Azərbaycanın verdiyi qaz və neft lazımdır Rusiyaya nəzarət etmək üçün...”.
Aparıcı “dayanın, amma Fransanın, Avropanın Ermənistanla bağları var və böyük erməni icması var” və “Fransa bu gün Azərbaycanı seçdi?” fikirlərinə erməni jurnalist “Makronun Fransa hökuməti korrupsiyadan, puldan, çılğın xəmirdən başqa bir şey deyil” cavabını verib. Fransanı “Qarabağ müharibəsi zamanı 7000 erməni əsgərini öldürmək üçün istifadə edilən 2 peyki Azərbaycana satmaqda”, “erməni ordusuna təlim keçmək üçün aşağı dərəcəli zabitlər və əsgərlər göndərməkdə”, Fransanın Ermənistandakı səfiri Ann Luyonu Azərbaycanın xeyrinə casusluq etməkdə və korrupsiyada ittiham edib.
Qeyd edək ki, Fransanın Ermənistandakı səfirliyi erməni jurnalistin səfirin ünvanına səsləndirdiyi casusluq və korrupsiya ittihamının əsassız və həqiqətə uyğun olmadığını bəyan edib.
Erməni əsilli jurnalist Leo Nikolyan Livanda anadan olub. Fransa televiziyasında çalışıb. 1991-1994-cü illərdə Qarabağda hərbi jurnalist olub, 1997-2003-cü illərdə Ermənistanda, 2023-cü ilin mayından Rusiyada çalışır.
https://www.radiocourtoisie.fr/2023/05/20/libre-journal-des-controverses-du-2023-le-conflit-au-haut-karabagh/#author_page