• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

XİN Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı məlumat yayıb

10-06-2023, 10:00 | Baxılıb: 190
“XİN Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı məlumat yayıb

İyunun 7-8-də Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub.
Bu barədə Diaspor.info-ya Azərbaycan XİN-in Mətbuat xidmətindən bildirilib.
Siyasi məsləhətləşmələrdə Almaniya nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Mattias Lüttenberq rəhbərlik edib.
Səfər çərçivəsində həmçinin Almaniya federal prezidentinin xarici siyasət üzrə müşaviri Volfqanq Zilberman, Federal Kansler Administrasiyasının xarici və təhlükəsizlik siyasəti məsələləri idarəsinin rəisi Kristian Aulbax və Xarici İşlər Nazirliyinin dövlət katibi Zuzanne Bauman ilə görüşlər keçirilib.
Məsləhətləşmələr və görüşlər zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti təhlil olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Ticari və iqtisadi əlaqələr üçün geniş imkanların olduğu vurğulanaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, kommunikasiya, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Eyni zamanda humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrə, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub. Həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər nəzərdən keçirilib.
Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və təşəbbüsləri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı beynəlxalq səylərin səmərəliliyi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Ermənistanın sülh prosesinə yanaşmalarında ziddiyyətli mövqeləri, o cümlədən bəzi hallarda sülh prosesini pozan addımları barəsində, eləcə də üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı Almaniya tərəfinə geniş məlumat verilib.
Bununla yanaşı, Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz torpaqlarına qayıtması istiqamətində reallaşdırılan layihələr, humanitar minatəmizləmə sahəsində Azərbaycana beynəlxalq səviyyədə dəstəyin artırılması, Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial məkanına reinteqrasiyası ilə bağlı atılan real addımlar və bu addımlara qarşı Ermənistan tərəfindən aparılan pozuculuq fəaliyyətləri Almaniya tərəfinin diqqətinə çatdırılıb.скачать dle 10.6фильмы бесплатно


190

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.