• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fransa radiosunda Azərbaycan-Ermənistan normallaşma prosesindən danışılıb

12-06-2023, 13:00 | Baxılıb: 177
“Fransa radiosunda Azərbaycan-Ermənistan normallaşma prosesindən danışılıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın bu ölkədə fəaliyyət göstərən “Radio J” radiosuna müsahibəsi yayımlanıb.
Diaspor.info xəbər verir ki, səfir müsahibədə jurnalistin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Bakıya rəsmi səfəri ilə bağlı suallarını cavablandırıb.
Müsahibədə, həmçinin regiondakı reallıqlardan söz açılıb. Azərbaycan ilə İsrail arasında iqtisadiyyat, enerji, təhsil, humanitar, yüksək texnologiyalar, kibertəhlükəsizlik kimi sahələrdə strateji əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Diplomat, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa edəndə Ermənistanın hərbi təcavüzü ilə üzləşib və ərazilərinin 20 faizi işğal altına düşüb. Həmişə sülh mövqeyi tutan Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışsa da, qarşı tərəfin təxribatları müharibəni qaçılmaz edib. Erməni işğalında olan ərazilərini təqribən 30 il sonra azad edən Azərbaycan bu gün də bütün ölkələrə, o cümlədən Ermənistana qarşı sülh mövqeyindədir.
Brüssel görüşündən danışan L.Abdullayeva bildirib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.
“Respublikamız bütün ölkələrlə dostluq, qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun sərhədlərindən kənarda sülh şəraitində birgəyaşayışı və mehriban qonşuluğu təşviq edir”, - deyən diplomat Azərbaycan ilə Aİ arasında əsas əməkdaşlıq istiqamətlərindən biri olan enerji təhlükəsizliyindən də danışıb. Ölkəmizin Aİ-yə ixrac etdiyi enerjini artıracağını vurğulayıb. Eyni zamanda, Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensialının olduğu diqqətə çatdırılıb.скачать dle 10.6фильмы бесплатно


177

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.