• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib

14-06-2023, 14:00 | Baxılıb: 170
“Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib.
Diaspor.info xəbər verir ki, dövlətimizin başçısı Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın, həmçinin Cümhur İttifaqının qələbəsi münasibətilə bir daha təbriklərini çatdırıb.
Görüşdə Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin və bunun dövlət səfəri statusunda həyata keçirilməsinin önəmi vurğulandı, həmişə olduğu kimi, bu səfərin də çox səmərəli keçdiyi bildirdi. Qeyd edilib ki, səfər zamanı dövlət başçıları tərəfindən Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif sahələr və istiqamətlər üzrə inkişafına dair aidiyyəti nazirliklərə işlərin ardıcıl sürətdə aparılması ilə bağlı tapşırıqlar verilib. Vurğulandı ki, Türkiyənin dövlət başçısının bu səfəri ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi işinə böyük töhfə verəcək.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətinə toxunuldu, Binəli Yıldırımın Ağsaqqallar Şurasının sədri kimi təşkilat çərçivəsində fəaliyyəti vurğulanıb.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətlərinin fəaliyyəti qeyd edilib.
Təbriklərə görə minnətdarlığını bildirən Binəli Yıldırım Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfərinin uğurlu olduğunu qeyd edib. Binəli Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını bildirib. O, Ağsaqqallar Şurasının sədri kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd edilib.скачать dle 10.6фильмы бесплатно


170

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.