Prezident İlham Əliyev "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.
Diaspor.info-nun məlumatına görə, Fərmanda deyilir ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi və tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.
Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaradıb.
Bununla belə, ölkədə ötən dövrdə tikinti fəaliyyəti subyektləri tərəfindən bəzi hallarda şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan qeyri-yaşayış təyinatlı binaların inşa edilməsi həmin tikililərin dayanıqlıq və möhkəmlik baxımından etibarlılığının qiymətləndirilməsini, üzərində mülkiyyət hüquqlarının tanınmasını və iqtisadi dövriyyəyə cəlbini çətinləşdirmişdir.
Sənəddə daha sonra deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:
1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2025-ci il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir;
1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir;
1.1.3. Nazirlik:
verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;
2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;
3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;
1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət bu müraciəti edən şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduğu halda şəxs müraciətinə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin surətini, müraciət başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin xüsusi mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduqda isə müraciət edən şəxs müraciətinə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini əlavə edir.
obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
3.3. mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab suların yığılacağı tikili və qurğulara dair tələblərin müəyyənləşdirilməsini bir ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
minənədək və ya bu Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin;
5.3. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan vəsatətə torpaq sahəsinin sərhədlərini və onların döngə nöqtələrinin koordinatlarını əks etdirən yerquruluşu planını əlavə etsin.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq:
6.1. Nazirliyin müraciəti əsasında 5 (beş) iş günü müddətində qeyri-yaşayış binalarının mühəndis-kommunikasiya sistemlərinin istismara hazırlıq baxımından müayinə olunmasını və nəticəsi barədə Nazirliyə məlumat verilməsini təmin etsinlər;
6.2. sifarişçinin (sahibin) müraciəti əsasında və onun vəsaiti hesabına istismarına icazə verildiyi gündən iki ay müddətində qeyri-yaşayış binalarının su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etsinlər.
7. Bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonalarında və torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşən qeyri-yaşayış binalarının (tikilmiş və tikintisi başa çatmayan) inventarlaşdırılması aşağıdakı qaydada təmin edilsin:
7.1. mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər Xidmətin sorğusu əsasında üç ay müddətində, bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonaları və torpaq sahələri, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqları barədə cari vəziyyətə uyğun məlumatları elektron qaydada Xidmətə təqdim etsinlər;
7.2. Xidmət 2026-cı il iyunun 1-dək bu Fərmanın 7.1-ci bəndində göstərilən məlumatlar əsasında bu Fərmanın 7-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş qeyri-yaşayış binalarını (tikilmiş və tikintisi başa çatmayan) müəyyən edərək, onların inventarlaşdırılmasını, həmçinin invertarlaşdırmanın nəticəsi olaraq qeyri-yaşayış binaları barəsində formalaşan məlumatların Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və rəqəmsal kadastr xəritələrinə daxil edilməsini təmin etsin.
8. Nazirlik, Komitə, Xidmət və müvafiq yerli icra hakimiyyəti orqanları tikinti obyektlərinin istismarına icazə verilməsindən irəli gələn səlahiyyətlərin səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün bu Fərmanın icrası müddətində qarşılıqlı məlumat mübadiləsini təmin etsinlər".