• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatının əməkdaşları ahılların qayğıları və sosial təminatları ilə maraqlanıblar

14-06-2023, 22:00 | Baxılıb: 152
“Ombudsman Aparatının əməkdaşları ahılların qayğıları və sosial təminatları ilə maraqlanıblar


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva tərəfindən əhalinin həssas qruplarının, o cümlədən ahıl şəxslərin hüquqlarının
müdafiəsi və təmin olunması daim diqqətdə saxlanılır.
Ölkədə Ombudsman tərəfindən elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində
Aparatın əməkdaşları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət
müəssisəsində olub, ahıllarla görüş keçiriblər.
Görüşdə cari ildə “İnsan Hüquqları Aylığı”nın Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illik yubileyinə təsadüf etməsi xüsusi olaraq qeyd edilib. Həmçinin Ulu
Öndər Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən mühüm
keyfiyyətlərdən söz açılıb, onun yaşlı insanlara hər zaman böyük hörmət, diqqət və
qayğı bəslədiyi bildirilib.

Görüş zamanı sosial xidmət müəssisəsinin sakinləri Ümummilli Lider Heydər Əliyevin
xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, 1969-1982-ci illərdə
Azərbaycanın ümumi yüksəlişinə, gələcək inkişafına ünvanlanmış çox böyük tarixi
əhəmiyyət kəsb edən fəaliyyətindən, həmin dövrdə ölkənin bütün sahələrində aparılmış
köklü islahatlardan danışıb, xatirələrini bölüşüblər.
Sonra ahıl şəxslərin yaşayış yerlərinə baxış keçirilib, qayğıları və sosial təminatları ilə
maraqlanılıb. Onların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini
çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran məqamların qarşısını
almaq, ehtiyacı olan ahıllara sosial xidmətin göstərilməsi səviyyəsinin artırılmasını təmin
etmək məqsədilə sakinlərlə fərdi görüşlər təşkil olunub. Eyni zamanda, ahılların asudə
vaxtlarının səmərəli təşkil edilməsi ilə bağlı təklif və istəkləri dinlənilib, müraciətləri
qeydə alınıb.

Sonda müəssisənin sakinlərinə Ombudsmanın xoş arzuları çatdırılıb, onların rifahı və
qayğılarının hər zaman diqqətdə saxlanıldığı bildirilib və sovqatlar təqdim olunub.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


152

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.