• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Ermənistanın növbəti təxribatı ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib

15-06-2023, 18:30 | Baxılıb: 177
“Ombudsman Ermənistanın növbəti təxribatı ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti silahlı təxribatı ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.
Diaspor.info xəbər verir ki, müraciətdə deyilir:

"Ermənistanın beynəlxalq humanitar hüquq normalarına zidd, regionda sülhə təhdid xarakterli Azərbaycana qarşı hərbi təxribatları hələ də davam etməkdədir.
2023-cü il iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və nəticədə burada xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması Ermənistanın sülhə maraqlı olmadığının növbəti əyani sübutudur.
Məlum olduğu kimi 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmuş və fəaliyyəti müddətində nəqliyyat vasitələrinin və Azərbaycanın Qarabağ İqtisadi Zonasında yaşayan erməni millətindən olan ölkə vətəndaşlarının təhlükəsiz keçidi təmin edilmişdir.
Humanitar məqsədlər üçün istifadə olunan bu sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, orada çalışan hərbi qulluqçuların, keçiddən istifadə edən mülki əhalinin həyat və sağlamlığına təhdid olmaqla yanaşı, regionda sülh quruculuğu prosesinə və Azərbaycan dövlətinin ərazi bütövlüyünə bir qəsd kimi qiymətləndirilməlidir.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn kobud pozuntusu olan bu hərbi təxribatı qətiyyətlə pisləyir, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, Ombudsman təsisatlarını və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda sülhün və inkişafın təmininə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində qəti mövqe nümayiş etdirməyə çağırıram".скачать dle 10.6фильмы бесплатно


177

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.