• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsindən irəli gələn bəzi məsələlər tənzimlənir

16-06-2023, 10:00 | Baxılıb: 141
“Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsindən irəli gələn bəzi məsələlər tənzimlənir

Nazirlər Kabineti “Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsindən irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə” qərar qəbul edib.
Diaspor.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən “Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olmuş zabit heyəti vəzifələrinin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində mövcud olan zabit heyəti vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilib.
Müəyyənləşdirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üzrə mövcud olmuş dərəcələr Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində müəyyən edilmiş müvafiq dərəcələrə bərabər tutulur.
Keçmiş xüsusi dövlət mühafizə orqanlarında xidmət etmiş hərbi qulluqçuların, habelə həmin orqanlarda işləmiş mülki işçilərin bu orqanlarda xidməti (əmək fəaliyyəti) dövründə yaranan sosial təminat və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlər üzrə hüquqi varis qismində onların şəxsi işlərinin saxlanıldığı aşağıdakı dövlət orqanları çıxış edir:
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
Şəxsi işlərin bölüşdürülməsi zamanı bu Qərarın birinci hissəsi ilə təsdiq edilmiş siyahı, habelə şəxsin keçmiş xüsusi dövlət mühafizə orqanlarında sonuncu xidmət keçdiyi (işlədiyi) struktur bölmənin funksiyalarının Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ya Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən həyata keçirilməsi nəzərə alınır.
Bu Qərarda “müvafiq qərarlar” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin bənddə nəzərdə tutulan hərbi qulluqçuların vəzifə (tarif) maaşlarının məbləğlərini təsdiq edən qərarları başa düşülür.
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu Qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.скачать dle 10.6фильмы бесплатно


141

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.