• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fransa Azərbaycanla Ermənistan arasında münasibətləri gərginləşdirmək siyasətini davam etdirir

16-06-2023, 22:00 | Baxılıb: 229
“Fransa Azərbaycanla Ermənistan arasında münasibətləri gərginləşdirmək siyasətini davam etdirir

Bu günlərdə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Avropa Parlamentində müzakirələr zamanı Azərbaycanla bağlı növbəti dəfə əsassız mülahizələrlə çıxış edib. Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı əsassız fikirlər səsləndirib. Bu, bir daha göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində obyektiv və tərəfsiz mövqe tutmur. Əksinə vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir.
Diaspor.info xəbər verir ki, bu sözləri parlamentin iyunun 16-da keçirilən iclasında Milli Məclisin deputatı Soltan Məmmədov söyləyib.
“Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ötən həftə Fransa Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatan və qrupun üzvləri ilə görüşdük. Görüşdə iki ölkə arasında münasibətlərə dair bir çox məsələlər ətrafına müzakirəmiz oldu. Fransalı həmkarlarımız da son illərdə ölkələrimizin qarşılıqlı münasibətlərində yaranan anlaşılmazlıqlardan narahatdır. Fransanın Cənubi Qafqazla bağlı siyasətini, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyini heç də Fransadakı bütün siyasətçilər dəstəkləmirlər.

Fransa Senatının Beynəlxalq əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Kristian Kambon ilə görüşdə Azərbaycanı narahat edən məsələlər barədə məlumat vermək imkanımız oldu. Qırx dörd günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh təşəbbüslərinə Ermənistanın qeyri-konstruktiv yanaşması ilə bağlı fikirlərimizi bildirdik. Fransa parlamentinin üzvləri parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacib olduğunu bildirdilər. Bu istiqamətdə bir sıra maraqlı təkliflər, ideyalar səsləndi. Bütün görüşlər zamanı bir daha vurğuladıq ki, əlaqələrdə mövcud böhranın aradan qaldırılması üçün, ilk növbədə, Fransa tərəfinin öz siyasətinə yenidən baxmasına ehtiyac var. Fransa parlamentinin hər iki palatasında Azərbaycanın haqlı, ədalətli mövqeyini anlayışla qarşılayan həmkarlarımız hökumətlərinin yürütdüyü siyasətin yanlış olduğunu cəmiyyətə çatdırmaq üçün daha fəal iş aparmalıdır. Biz də bu məsələdə səlahiyyətlərimiz çərçivəsində zəruri dəstəyi verməyə hazır olduğumuzu bildirdik”, - deyə Milli Məclisin deputatı qeyd edib.скачать dle 10.6фильмы бесплатно


229

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.