• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fransa radiosunda Azərbaycan və Qarabağ həqiqətlərindən danışılıb

18-06-2023, 09:00 | Baxılıb: 235
“Fransa radiosunda Azərbaycan və Qarabağ həqiqətlərindən danışılıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin “Sud Radio” radiosuna müsahibə verib.
Diaspor.info xəbər verir ki, səfir, ilk növbədə, jurnalistə “Dağlıq Qarabağ” adlı bölgənin olmadığını, yalnız Azərbaycanın Qarabağ iqtisadi rayonunun mövcud olduğunu bildirib. Diplomat deyib: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, yalnız Qarabağ var və o, Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.
Qeyd edilib ki, Ermənistanın baş nazirinin özü də Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Diqqətə çatdırılıb ki, kiminsə nəsə deməsi vacib deyil, beynəlxalq hüquq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyir, mühüm olan budur. Səfir torpaqlarımızın 30 il erməni işğalı altında qaldığını bildirərək, azərbaycanlıların etnik təmizləmə ilə üzləşdiklərini xatırladıb.
Şərqdə ilk dünyəvi respublika olan Azərbaycanın multikultural, çoxkonfessiyalı və çoxmillətli ölkə olduğunu deyib. Vurğulanıb ki, Qarabağ münaqişəsi heç də dini zəmində baş verməyib.
Jurnalistin erməni və Azərbaycan icmalarının birgə yaşamasının mümkünlüyünə dair sualını cavablandıran L.Abdullayeva qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri harmoniya şəraitində yaşayır. Müharibə zamanı, eləcə də müharibədən sonra və bu gün Azərbaycanda 30 min erməni yaşayıb və yaşayır. Onlar kimi, Qarabağ erməniləri də dinc yaşaya bilərlər. Separatizmi dəstəkləyən radikal erməni qrupları olduğu kimi, sülh tərəfdarı olan ermənilər də var. “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, dil və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin olunub”, - deyə səfir qeyd edib.
Fransız respublikaçı deputatların mövqeyi ilə bağlı da fikirlərini bildirən diplomat onların söylədiklərinin təəssüf doğurduğunu və söylədikləri reallığı əks etdirmədiyini vurğulayıb.
“2020-ci ildə müharibə başa çatdıqdan sonra Azərbaycan regionda sülhün bərqərar olması üçün çalışır. Azərbaycan Prezidenti və Ermənistanın baş naziri sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirirlər”, - deyən diplomat Brüssel, Kişineu görüşlərinə diqqət çəkərək danışıqlar prosesi haqqında məlumat verib.скачать dle 10.6фильмы бесплатно


235

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.