• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

20-06-2023, 14:30 | Baxılıb: 204
“İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının İordaniyadakı koordinatoru Zümrüd Dadaşovanın və iordaniyalı tarixçi-yazıçı, Dr. Ömər Armutinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ölkə parlamentinin üzvləri, yerli ictimaiyyətin tanınmış simaları və Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Dr. Ömər Armutinin Ədəbiyyat və Mədəniyyət Mərkəzində gerçəkləşdirilmiş tədbir İordaniya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan Zümrüd Dadaşova dünyanın görkəmli dövlət xadimlərindən biri olan Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, xaricdə yaşayan diasporumuzun bir araya gəlməsi istiqamətlərində müstəsna rolundan danışıb.
İordaniya parlamentinin deputatı Dr. Əhməd Aşa' Duaimeh, keçmiş Baş nazir Dr. Cavad əl-Annani, tarixçi-yazıçı Dr. Ömər Armuti, İordaniyanın Azərbaycandakı keçmiş səfiri Dr. Muaffaq Ajluni, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Dr. Məhəmməd İssa əl-Ədvan, məhşur iordaniyalı şair Adnan əl-Səudi, İordaniya Universitetinin professoru Dr. Məcdəddin Xəmməş, tədqiqatçı-jurnalist Şakir Həddəd və yazıçı Məhdi əl-Ələmi çıxışlarında Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial, hərbi və humanitar sahələrdə həyata keçirdiyi islahatlara, İordaniya kralı Hüseyn ibn Talal ilə şəxsi dostluğuna diqqəti cəlb ediblər. Bu dostluq münasibətlərinin Azərbaycanla İordaniyanın indiki rəhbərləri Prezident İlham Əliyev və Kral II Abdullah tərəfindən uğurla davam etdirildiyi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin önəmi qeyd olunub. Onlar ölkəmiz barədə xoş təəssüratlarını və Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Tədbir Heydər Əliyevə və Azərbaycana həsr olunmuş şeirlərin səsləndirilməsi ilə yekunlaşıb.

İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib
İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib
İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib
İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib
İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

скачать dle 10.6фильмы бесплатно

204

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.