• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb

20-06-2023, 21:00 | Baxılıb: 195
“Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb.
Diaspor.info bəyanatı təqdim edir.
"Bu Ümumdünya Qaçqınlar Günündə biz Qərbi Azərbaycan İcması olaraq bütün dünyada olan köçkünlərlə həmrəyliyimizi bildiririk.
Biz dünya miqyasında qaçqınların sayında təəssüf doğuran artımı ürək ağrısı ilə müşahidə edirik. Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələrin yan təsiri kimi didərgin düşmüşdür. Lakin bəzi hallarda məkrli aktorların silahlı münaqişələri məhz etnik təmizləmə məqsədi ilə başlatdığı qeyd edilməlidir. Belə nümunələrdən biri də Ermənistanın Azərbaycana qarşı başlatdığı münaqişədir.
Ermənistanın hərəkətləri Ermənistandakı azərbaycanlıların öz ata-baba yurdlarından etnik təmizlənməsi ilə nəticələnmişdir. Cəzasızlıqdan istifadə edən Ermənistan daha sonra Azərbaycana qarşı güc tətbiq edərək bu ölkənin ərazilərini işğal etmiş və oranın azərbaycanlı sakinləri qovmuşdu.
Ermənistanda vaxtilə əhəmiyyətli saya malik olan azərbaycanlıların oradan qovulması dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar törətmək, insanlığa qarşı digər cinayətlər və insan hüquqlarının pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağrılı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.
Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıtmışdır. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərmişdir. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və ictimai əlaqələrimiz pozulub.apardığımız çətin yolun başlanğıc nöqtəsini vurğulamaqdır.
Biz haqlı məramımıza göstərdiyi sarsılmaz siyasi, sosial və humanitar dəstəyə görə Azərbaycan Hökumətinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın qaçqınlarla həmrəyliyi və onlara yardımı təkcə etnik azərbaycanlılarla məhdudlaşmayıb - Azərbaycan müxtəlif etnik mənsubiyyətlərdən olan və ölkədə sığınacaq tapmış on minlərlə qaçqına da yardım edib. Bu, Azərbaycan cəmiyyətində dərin kök salmış etnik və dini tolerantlığın nümunəsidir.
Biz, həmçinin 1990-cı illərdə Ermənistandan olan azərbaycanlı qaçqınlara göstərdiyi dəstəyə görə beynəlxalq ictimaiyyətə minnətdarlığımızı bildiririk. Bu dəstək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 20 dekabr 1993-cü ildə qəbul edilmiş “Azərbaycanda qaçqın və köçkünlərə fövqəladə beynəlxalq yardım” adlı 48/114 saylı qətnaməsində də təsdiq olunan həmin ağır dövrdə qaçqınlarımızın üzləşdiyi çətinliklərin öhdəsindən gəlinməsində mühüm rol oynamışdır.
Biz öz dinc məqsədimizə – doğma torpaqlarımıza qayıdışa dialoq yolu ilə nail olmaqda əzmliyik. İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsinin tərəfdarıdır.
Biz humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən İcmayıq. Evlərimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilməməli və ya təqdim oluna bilməz. Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası və hüquqlarının təmin olunması ilə bağlı Azərbaycan Hökumətinin bəyan etdiyi və təsirli tədbirlər gördüyü kimi, Ermənistan Hökuməti də bizim hüquqlarımızın zəmanət altına alınması və reinteqrasiyamızın təmin olunması naminə konkret addımlar ataraq qarşılıq verməlidir.
Qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan Hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olmağımızı qeyd etməklə bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın təmin olunmasına müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli olduğunu vurğulamaq istərdik.
Davamlı dialoq cəhdlərimizə baxmayaraq, Ermənistan hələ də bizim barışıq çağırışlarımıza cavab verməyib. Ermənistan tərəfinin məzmunlu dialoqda iştirak etməkdən yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur.Beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarına edilən vurğunun artması və Ermənistandan qovulmuş azərbaycanlıların evlərinə sarsılmaz qayıtmaq istəyi İcmanın qayıdış hüququ istiqamətində səylərini artırmağa ruhlandırır.
Eyni zamanda qeyd etməliyik ki, insan hüquqlarına əsaslanan sözügedən məramımızın həyata keçirilməsi böyük ölçüdə beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyindən asılıdır. Biz qayıdış hüququmuza dövlətlər və təşkilatlar tərəfindən verilən dəstəyi yüksək qiymətləndiririk.
Bu xüsusda, qayıdış konsepsiyamızda mərkəzi rolda səciyyələndirdiyimiz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə davam edən repatriasiya, reinteqrasiya, reabilitasiya və yenidənqurma səylərinin planlaşdırılması və icrası ilə bağlı dialoqumuza böyük dəyər veririk.
Bu gün – Ümumdünya Qaçqınlar Günündə biz, insan hüquqları və ədalət prinsiplərini rəhbər tutaraq, təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun həyata keçirilməsi, habelə qayıtdıqdan sonra hüquq və təhlükəsizliyimizin təmin olunması istiqamətində ədalətli məramımıza dəstək verməsi məqsədilə beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışımızı bir daha təkrarlayırıq".скачать dle 10.6фильмы бесплатно


195

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.