• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan mövzusu ilə bağlı bəyannamə AŞPA-nın rəsmi sənədi kimi dərc olunub

21-06-2023, 10:30 | Baxılıb: 191
“Qərbi Azərbaycan mövzusu ilə bağlı bəyannamə AŞPA-nın rəsmi sənədi kimi dərc olunub

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə Assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞPA-nın rəsmi sənədi kimi dərc olunub.
Bu barədə Diaspor.info-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, İtaliya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın 3 siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı yazılı bəyannamə Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır. Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.
Qərbi Azərbaycan İcması bu sənədi Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyin artması istiqamətində mühüm addım hesab edir.
Yazılı bəyannamənin tam mətni aşağıdakı kimidir:
Doğma torpaqlarından qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun müdafiəsi və ədalətin təmin edilməsi
Biz bu sənədi imzalayanlar olaraq etnik təmizləmə və məcburi kütləvi deportasiya nəticəsində azərbaycanlıların məruz qaldığı haqsızlıqlardan dərin narahatlıq hissi keçirərək,Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin dövlət orqanları tərəfindən sistemli şəkildə həyata keçirildiyini nəzərə alaraq,
Azərbaycan mədəni irsinin Ermənistanda sistemli şəkildə məhv edilməsindən dərin narahatlığı ifadə edərək və bu ölkəyə faktaraşdırıcı missiya göndərməsi istiqamətində UNESCO-ya çağırışları xatırladaraq,
Geri qayıtmaq hüququnun Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit edildiyini vurğulayaraq,
1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasını (İcma) öz doğma torpaqlarından qovulmuş azərbaycanlıları təmsil edən birləşdirici səs kimi tanıyaraq,
İcmanın Ermənistana dialoq təklifini alqışlayaraq,
İcmanın dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini dəstəkləməsini təqdir edərək,
İcmanın öz evlərinə qayıtdıqdan sonra ermənilərlə dinc yanaşı yaşamaq istəyini də yüksək qiymətləndirərək,
Biz Avropa Şurasını Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq,
Avropa Şurası Parlament Assambleyasının məruzəçilərini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müzakirə etməyə çağırırıq,
İcmanın dialoq çağırışlarına cavab verməsi, azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz geri qayıdışını təmin etməsi, onların təhlükəsizliyini zəmanət altına alması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış edirik.
скачать dle 10.6фильмы бесплатно


191

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.