“Bu gün Londonda Azərbaycan - Birləşmiş Krallıq Strateji Dialoqu çərçivəsində Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə fikir mübadiləsi aparmaq xoşdur”.
Diaspor.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tviterdəki hesabında yazıb.
“Azərbaycan və Böyük Britaniya ticarət, enerji və təhlükəsizlik sahələrində sabit tərəfdaşlardır. Biz sıx əməkdaşlığın vacibliyini müzakirə etdik”, - Azərbaycanın xarici işlər naziri qeyd edib.
176