• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Emmanuel Makron 3-cü dəfə prezident olmaq üçün Konstitusiyaya dəyişiklik edəcəkmi?

21-06-2023, 13:00 | Baxılıb: 176
“Emmanuel Makron 3-cü dəfə prezident olmaq üçün Konstitusiyaya dəyişiklik edəcəkmi?

Fransa Milli Assambleyasının sabiq sədri Rişar Ferran Konstitusiyaya dəyişiklik etmək təklifini irəli sürüb.
Diaspor.info xəbər verir ki, sonuncu parlament seçkilərində məğlub olandan bəri səsi çıxmayan Rişar Ferran yenidən peyda olaraq, dalana dirənmiş ölkəsini vəziyyətdən çıxarmaq üçün Fransa Konstitusiyasında dəyişiklik edilməli olduğunu deyib. Bu təklif prezidentə 3-cü mandatlığı verməyi nəzərdə tutur. Emmanuel Makrona yaxınlığı ilə tanınan R. Ferran siyasi kontekstdən söz açaraq, bəzi ideyalar irəli sürüb. Prezident düşərgəsini, eləcə də özünü respublikaçı adlandıran bütün siyasi qüvvələri indiki böhranlı vəziyyətdən çıxmaq üçün "qarşılıqlı güzəştlərə" çağıran Ferran bildirib ki, Konstitusiyanın bəzi qaydalarına yenidən baxmaq yaxşı olardı.
Dövlət başçısının üçüncü müddətə namizədliyi ilə bağlı suala cavabında makronist Ferran “xalq suverenliyinin azad ifadəsini məhdudlaşdıran” hər şeyə görə təəssüfləndiyini vurğulayaraq deyib: “Prezident mandatının müddətlə məhdudlaşdırılması, eyni vaxtda bir neçə vəzifəyə yiyələnməyə qadağa kimi qaydalar vətəndaşların sərbəst seçim azadlığını məhdudlaşdıraraq, ictimai həyatı sərt çərçivəyə alır. Belə qaydalar siyasi həyatımızı keyfiyyət və maraq baxımından zəiflədir və onu az cəlbedici edir”. O, qanunvericilikdə iki palatalığı, habelə respublika prinsiplərinin və ictimai azadlıqların ayıq-sayıq keşikçisi olan Konstitusiya Şurasını qoruyub saxlamaqla, digər qaydaları dəyişməyə çağırıb. Sabiq sosialist özünün çoxsaylı təkliflərini Konstitusiyaya yenidən baxılmasını dəfələrlə vəd edən Emmanuel Makrona təqdim edib.
2022-ci il seçkilərində məğlubiyyətə uğrayan Rişar Ferran o vaxtdan ictimaiyyət qarşısına çıxmasa da, onun prezident və hökumətə qeyri-rəsmi məsləhətlər verməklə pərdə arxasında fəallıq göstərdiyi bildirilir.
Məsələ ilə bağlı fransız siyasətçilərin reaksiyası müxtəlifdir. “Bəziləri üçün VI Respublika imperiyaya və ya imperiyadan sonrakı (1815-1848) restavrasiyaya bənzəyir”, - deyən sosialist siyasətçilər sanki artıq VI Respublikanın layihəsinin cızıldığını anlatmağa çalışıblar. Milliyyətçilər isə bunu Emmanuel Makron düşərgəsinin maxinasiyası adlandırıblar. “Emmanuel Makron Rişar Ferranı məhək daşı (sınaq topu) kimi göndərib. Bununla Makron prezidentliyə yenidən namizəd olmaq üçün Konstitusiyada dəyişiklik edə biləcəyini eşitdirir. Makronistlərlə demokratiyadan hər gün bir az da uzaqlaşırıq”, - Milli Birlik partiyasının deputatı Sebastyən Şönu yerli radioya müsahibəsində belə deyib.
Atalar denişkən, “od olmasa, tüstü çıxmaz”. Yəqin ki, fransız siyasətçilər ictimai fikri yavaş-yavaş qarşıdakı Konstitusiya dəyişikliyinə hazırlayır.скачать dle 10.6фильмы бесплатно


176

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.