• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib

21-06-2023, 16:30 | Baxılıb: 212
“Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib

Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib

Paytaxt Ottavada yerləşən Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Toronto Azərbaycan Evi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, “Azəri Kalqari Ulduzları” rəqs qrupu, Ottavadakı “Qarabağ” Azərbaycan dili məktəbi, Kvebek Azərbaycanlıları Assosiasiyası, Kanadada Azərbaycanlı Tələbələr Təşkilatı, icma fəalları Nigar Əliyeva və Emin Qaranın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Kanada parlamentinin üzvləri, diplomatik korpusun, Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri və Torontodakı Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova diasporumuzun tarixində baş verən bu mədəni hadisədə iştirak edən qonaqlara minnətdarlığını bildirib. Rəhbəri olduğu hər iki təşkilatın Azərbaycan-Kanada cəmiyyətlərinə dəstək olmağı hədəflədiyinə diqqəti cəlb edib.
Ardınca tanınmış tenor, Azərbaycanın xalq artisti, Prezident mükafatçısı Həsən Enaminin ifasında Azərbaycan və Kanadanın Dövlət himnləri səsləndirilib.
Tədbirin ərsəyə gəlməsində xüsusi rola malik olan Kanada parlamentinin deputatı Çandra Arya soydaşlarımızı bu əhəmiyyətli gün münasibətilə təbrik edib. Azərbaycan icması ilə ölkə parlamenti arasında sıx əməkdaşlıq əlaqələrindən danışan millət vəkili nəzərə çatdırıb ki, bu il Kanada parlamentində ilk dəfə Müstəqillik Günü münasibətilə Azərbaycanın bayraqqaldırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Estoniyanın Kanadadakı səfiri Marqus Rava, Latviyanın Kanadadakı səfiri İnqa Skruzmane və başqaları icmamızın bu ölkənin ictimai-siyasi və mədəni həyatına sıx inteqrasiyasını, mədəni müxtəlifliyə, Azərbaycan-Kanada münasibətlərinin inkişafına töhfələr verməsini yüksək qiymətləndiriblər.
Tədbirdə Kanadanın Baş naziri Castin Trüdonun “Azərbaycan İrsi Günü” tədbirinin iştirakçılarına ünvanlanan təbrik müraciəti oxunub. Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin qurulmasının 30 illik tarixə malik olduğunu, Azərbaycan icmasının miqrantlar ölkəsi olan Kanadanın yaşamaq üçün möhtəşəm məkana çevrilməsi naminə töhfələr verdiyini vurğulayan Baş nazir icmamızı belə bir gündə Kanada parlamentində salamlamaqdan şərəf hissi duyduğunu bildirib.
Sonra Azərbaycanın qədim tarixini, zəngin və bənzərsiz mədəniyyətini, mənzərəli bölgələrini və etnik fərqliliklərini əks etdirən müxtəlif qısa videoçarxlar nümayiş etdirilib. İpək Yolunun üzərində yerləşən ölkəmizin çoğrafi mövqeyi, Qərb və Şərq arasında körpü rolu oynadığı diqqətə çatdırılıb. Müsəlman Şərqində lk dünyəvi, demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 28 may tarixində yaradıldığından, ölkəmizin multikultural və tolerantlıq dəyərlərinə malik olmasından bəhs edilib. Azərbaycan muğamının 2008-ci ildə UNESSO-nun Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyi xüsusi olaraq vurğulanıb.
Tədbirin bədii hissəsində Kanadada peşəkar musiqi fəaliyyəti göstərən soydaşlarımız Həsən Enami, Əliheydər Mirzəbəyov və Səməd Pourmusəvinin ifalarında Azərbaycan xalq və bəstəkar mahnıları, “Azəri Kalqari Ulduzları” rəqs qrupunun ifasında “Şuşanın Dağları”, “Ağ çiçək”, “Qaval”, “Günəşin doğuşu”, “Cəngi”, “Qara qız”, “Qarabağ yallısı”, “Neft Daşları” “Şux Trio”, “Tərəkəmə”, “Qaytağı” və Naxçıvan rəqsləri təqdim olunub. Rəqs nömrələri Bakı Xoreoqrafiya Akademiyasının məzunu, Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə II beynəlxalq müsabiqənin laureatı, “Türksoy özəl ödülü”nün mükafatçısı Lalə Aslanova və Azərbaycanın əməkdar artisti Elçin Qədimov tərəfindən hazırlanıb.
Konsert proqramı qonaqların gur alqışları ilə qarşılanıb. Tədbir milli təamlarımızdan ibarət rəsmi ziyafətin verilməsi ilə başa çatıb.
Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən sərgi təşkil edilib.
Qeyd edək ki, Toronto Azərbaycan Evi 3 aprel 2023-cü ildən fəaliyyətə başlayıb.



В парламенте Канады прошел «День азербайджанского наследия»

В парламенте Канады, расположенном в столице Оттаве, проведен «День азербайджанского наследия».
В мероприятии, организованном Домом Азербайджана в Торонто совместно с Центром азербайджанского искусства и культуры «Ветен», танцевальной группой «Azeri Calgary Stars», школой азербайджанского языка «Карабах» в Оттаве, Ассоциацией азербайджанцев Квебека, Организацией азербайджанских студентов в Канаде, активистами диаспоры Нигяр Алиевой и Эмином Гара при поддержке Государственного комитета по работе с диаспорой, приняли участие члены парламента Канады, представители дипломатического корпуса, азербайджанской общины и других народов, питающих дружественное отношение к нашей стране.
Поприветствовав участников мероприятия, руководитель Центра азербайджанского искусства и культуры «Ветен» и исполнительный директор Дома Азербайджана в Торонто Лалин Гасанова выразила признательность гостям, принявшим участие в этом культурном событии в истории нашей диаспоры. Она отметила, что обе возглавляемые ею организации нацелены на поддержку азербайджано-канадского общества.
Затем в исполнении известного тенора, народного артиста Азербайджана, лауреата Президентской премии Гасана Энами прозвучали государственные гимны Азербайджана и Канады.
Депутат парламента Канады Чандра Арья, сыгравший особую роль в организации мероприятия, поздравил наших соотечественников с этим знаменательным днем. Говоря о тесном сотрудничестве между азербайджанской общиной и парламентом страны, депутат подчеркнул, что в этом году впервые по случаю Дня независимости в канадском парламенте состоялась церемония поднятия флага Азербайджана.
Выступившие на мероприятии временный поверенный в делах Азербайджана в Канаде Васиф Абуталыбов, посол Эстонии в Канаде Маргус Рава, посол Латвии в Канаде Инга Скрузмане и другие высоко оценили тесную интеграцию нашей общины в общественно-политическую и культурную жизнь этой страны, ее вклад в культурное разнообразие и развитие азербайджано-канадских отношений.
На мероприятии было зачитано поздравительное обращение премьер-министра Канады Джастина Трюдо к участникам мероприятия «День азербайджанского наследия». Констатировав, что установление двусторонних отношений между Азербайджаном и Канадой имеет 30-летнюю историю, что азербайджанская община внесла вклад в превращение Канады, как страны мигрантов, в прекрасное место для проживания, премьер-министр сказал, что для него высокая честь приветствовать нашу общину в такой день в парламенте Канады.
Далее были показаны различные короткие видеоролики, отражающие древнюю историю, богатую и неповторимую культуру, живописные регионы и этническое разнообразие Азербайджана. Отмечено, что географическое положение нашей страны, расположенной на Шелковом пути, играет роль моста между Западом и Востоком. Говорилось о том, что Азербайджанская Демократическая Республика – первая на мусульманском Востоке светская, демократическая республикой была создана 28 мая 1918 года, что наша страна обладает ценностями мультикультуризма и толерантности. Особо подчеркнуто, что в 2008 году азербайджанский мугам был включен в Репрезентативный список нематериального культурного наследия ЮНЕСКО.
В художественной части мероприятия в исполнении наших соотечественников Гасана Энами, Алигейдара Мирзабекова и Самеда Поурмусави, занимающихся профессиональной музыкальной деятельностью в Канаде, были представлены азербайджанские народные и авторские песни, а в исполнении танцевальной группы «Azeri Calgary Stars» - танцы «Шушанын даглары», «Аг чичек», «Гавал», «Гюнешин догушу», «Джанги», «Гара гыз», «Карабах яллысы», «Нефт Дашлары», «Шух Трио», «Терекеме», «Гайтагы» и нахчыванскиеие танцы. Танцевальные номера подготовили выпускница Бакинской академии хореографии, лауреат II Международного конкурса классического и национального танца имени Гамер Алмасзаде и специальной премии «Тюрксой» Лала Асланова и заслуженный артист Азербайджана Эльчин Гадимов.
Концертная программа была встречена бурными аплодисментами гостей. Мероприятие завершилось официальным приемом, на котором участники попробовали наши национальные блюда.
В рамках церемонии была организована выставка, отражающая богатое культурное наследие Азербайджана.
Надо отметить что, открытие Дома Азербайджана в Торонто состоялось 3 апреля 2023 года.






Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib
Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib
Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib
Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib
Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib
скачать dle 10.6фильмы бесплатно


212

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.