• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanlı deputatın məruzəsi AŞPA-da qəbul olunub

22-06-2023, 12:00 | Baxılıb: 197
“Azərbaycanlı deputatın məruzəsi AŞPA-da qəbul olunub

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Nigar Arpadarainin hazırladığı “Miqrantların, qaçqınların və məcburi köçkünlərin idman vasitəsilə sosial inteqrasiyası” adlı məruzəsi müzakirə olunub.
Diaspor.info xəbər verir ki, əvvəlcə Milli Məclisin deputatı Nigar Arpadarai hazırladığı məruzəni təqdim edib. Sonra məruzə ətrafında müzakirələr aparılıb.
Azərbaycanlı deputat qaçqınların, məcburi köçkünlərin və miqrantların sosial inteqrasiyasında idmanın mühüm rolunu qeyd edib.
“Azərbaycanda idman həmişə gənclərin, xüsusən də qaçqınların və məcburi köçkünlərin sosial inklüzivliyini yaxşılaşdırmaq üçün vacib vasitə kimi qiymətləndirilib. Son on il ərzində dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlərin ən çox məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtər rayonlarında və digər rayonlarda 100 müasir yaşayış kompleksi və 805 idman mərkəzi tikilib, müxtəlif şəraitli (idman zalları, futbol və voleybol meydançaları, tennis kortu, idman zalları, hovuzlar və s.) olimpiya kompleksləri ucaldılıb. Azərbaycan, həmçinin öz rayonlarında “Əyləncəli Futbol Məktəbləri” Assosiasiyasının Mədəniyyətlərarası beynəlxalq layihəsini həyata keçirib. Bu layihə futbol matçları təşkil etməklə yerli icmalar ilə miqrantlar, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla ən həssas və təcrid olunmuş əhali arasında möhkəm əlaqələr qurmaq məqsədi daşıyır. Azərbaycanda 3839-u qadın olmaqla 30 000-ə yaxın məcburi köçkün peşəkar idmançı kimi məşq etmək və idman yarışlarında iştirak etmək imkanı əldə edib”,-deyə N. Arpadarai Azərbaycanda idman, eləcə də qaçqın və məcburi köçkünlərin inteqrasiyası sahələrində görülən işlərdən danışıb.Qeyd edib ki, idman və fiziki fəaliyyət təcrübəsi miqrantlara, qaçqınlara, sığınacaq axtaranlara və məcburi köçkünlərə dəstək tapdıqları mühitin bir hissəsi olmaq və sosial əlaqələri daha asan gücləndirmək imkanları təklif edə bilər. Avropa Şurası Nazirlər Komitəsinin 1992-ci ildə Yenidən İşlənmiş İdman Etikası Məcəlləsində vurğulandığı kimi, “İdman insanın özünü daha yaxşı tanımasına, özünü ifadə etməsinə imkan verən, ədalətli şəkildə həyata keçirilən fəaliyyət kimi qəbul edilir. İdman sosial qarşılıqlı əlaqəyə imkan verir, rifah və sağlamlığı təşviq edir. Komanda ruhu, həmrəylik şəxsi inkişafa töhfə verir. Həmçinin insanları yaşadıqları cəmiyyətin həyatında iştirak etməyə ruhlandırır və onların fəal vətəndaşlıq mövqeyini inkişaf etdirməsinə kömək edir”.скачать dle 10.6фильмы бесплатно


197

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.