• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AŞPA sessiyasında azərbaycanlıların 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamasından danışılıb

22-06-2023, 13:00 | Baxılıb: 227
“AŞPA sessiyasında azərbaycanlıların 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamasından danışılıb

Miqrantlar, qaçqınlar, məcburi köçkünlər taleyində zəlzələ qopmuş insanlardır. Onlar cəmiyyətin elə üzvləridir ki, hər kəs onlara həssas münasibət bəsləməlidir. Bu problem 30 ilə qədər çox sayda azərbaycanlını addım-addım izləyib. Bu müddət ərzində Azərbaycan əhalisinin hər 10 nəfərindən biri məcburi köçkün və qaçqın vəziyyətində ömür sürüb.
Diaspor.info xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun yay sessiyası çərçivəsində miqrant və qaçqınların inteqrasiyasına dair məruzələrin müzakirəsi zamanı deyib. O bildirib ki, yalnız 2020-ci ilin noyabrında Azərbaycan Ermənistan və onlara kömək olan qüvvələrin işğal altında saxladığı 20 faiz ərazisini azad etdikdən sonra vəziyyət dəyişməyə başlayıb. Artıq məcburi köçkünlər işğaldan azad edilmiş, minalardan təmizlənmiş ərazilərdə onlar üçün tikilən evlərə tədricən köçməyə başlayıblar. Lakin bu proses hələ uzun çəkəcək. Çünki zəbt edilmiş torpaqlar son 30 ildə tamamilə yaşanmaz hala salınıb, üstəlik bu yerlər başdan-başa minalanaraq ciddi təhlükə mənbəyinə çevrilib. Başqa sözlə, azad olunmuş həmin torpaqlarda indi ikiqat artıq iş görülür. Əvvəlcə ərazilər qarış-qarış minalardan təmizlənir, yalnız bundan sonra orada quruculuq işlərinə başlanılır. Odur ki, mənim ölkəm hələ neçə illər qaçqın və məcburi köçkünlərin qayğısı ilə yaşamalıdır və hələ xeyli vaxt bu ağır mövzu bizim üçün, təəssüf ki, narahat aktuallığını qoruyub saxlayacaq.“Qaçqınlar və məcburi köçkünlərlə bağlı bir xoş olmayan təcrübə haqqında düşüncəmi də bölüşmək istərdim. Şahidi olmuşuq ki, bu mövzularla bağlı Assambleyada da, digər beynəlxalq təşkilatlarda da illər boyu saysız müzakirələr aparılıb, qətnamələr və digər vacib sənədlər qəbul edilib, ancaq həmin təbəqəyə aid insanların vəziyyətini əsaslı şəkildə yaxşılaşdırmaq, problemlərini köklü həll etmək istiqamətində ciddi iş görülməyib. Sözlə işin arasındakı məsafə həmişə çox uzun olub. Bu gün də məsələyə xüsusi önəm verərək biz problemi bir neçə aspektdən təhlil edən üç mövzu ətrafında müştərək müzakirə keçiririk, yekun olaraq qətnamə də qəbul edəcəyik. Çox istərdim ki, biz kağız üzərində qalan müddəalarla kifayətlənməyək, bugünkü fikir mübadilələrinin və məruzələrin qaçqınların və məcburi köçkünlərin həyatında arzulanan müsbət dəyişikliklərin gerçəkləşməsinə gətirib çıxarmasına nail olaq”, - deyə Rafael Hüseynov vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


227

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.