• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

22-06-2023, 21:30 | Baxılıb: 181
“Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) ilə tanışlıq. Mina qurbanlarına dəstək” mövzusunda seminar təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, beynəlxalq ekspertlər, Bakı Dövlət Universitetinin tələbələri və Ombudsman Aparatının əməkdaşları iştirak ediblər.
Seminarın məqsədi minaların insan həyatına yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılan partlamamış minaların təmizlənməsi ilə bağlı həyata keçirilən fəaliyyətlə tanışlıq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi olub.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Nümayəndəliyinin başçısının əməliyyatlar üzrə müavini İqnasiyo Kasares Qarsiya açılış nitqi ilə çıxış edərək seminarın işinə uğurlar arzulayıblar.
Çıxışı zamanı S.Əliyeva Azərbaycanın üzləşdiyi mina problemləri haqqında ətraflı məlumat verib. Ombudsman otuz ilə yaxın işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda mina terroru törədildiyini, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd edib. Müvəkkil Ermənistanın dəqiq mina xəritələrini hələ də ölkəmizə təhvil vermədiyini, mina və hərbi sursatların partlaması nəticəsində hərbçilərin və mülki şəxslərin həlak olduğunu bildirib.
Tədbirdə təqdimatlarla çıxış edən ekspertlər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət və beynəlxalq təcrübə barədə məlumat verib, iştirakçılarla fikir mübadiləsi aparılıb.
Seminarda, həmçinin mövzu üzrə tematik qrup müzakirələri təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.