• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanın xarici işlər naziri Britaniyada bir sıra görüşlər keçirib

23-06-2023, 12:00 | Baxılıb: 210
“Azərbaycanın xarici işlər naziri Britaniyada bir sıra görüşlər keçirib

İyunun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Birləşmiş Krallıq Parlamentinin Lordlar və İcmalar Palatalarının bir sıra üzvləri, o cümlədən Xarici Əlaqələr Komitəsinin sədri Alisia Kerns, Parlamentin üzvü və Avropa, Şimali Amerika və Böyük Britaniyanın xarici əraziləri üzrə kölgə naziri Stefen Douti, eləcə də Azərbaycan üzrə Bütün Partiyalar üzrə Parlament Qrupunun üzvləri ilə görüşləri keçirilib.
Xarici İşlər Nazirliyindən Diaspor.info-ya bildirilib ki, görüşdə Lord Evans, Lord Vaferli, Baroness Uddin, Lord Hussain, Bob Bləkmən və David Duguid iştirak ediblər.
Tərəflər parlamentlərarası əməkdaşlığın və iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıblar. Görüşlər zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında enerji sahəsində davamlı tərəfdaşlıq və alternativ enerji də daxil olmaqla, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, eləcə də “orta dəhliz” və nəqliyyat-tranzit sahəsində artan rolu diqqətə çatdırılıb.Nazir müqabil tərəfləri post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh sazişi üzrə aparılan danışıqların cari vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan intensiv bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinə başlanılması və buna başlıca əngəl olaraq ərazidə mövcud olan mina problemi barədə məlumatlandırıb.
Tərəflər həmçinin Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıblar.скачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.