• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İrakli Qaribaşvili: Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz layihəsini daha da cəlbedici etmək üçün səmərəli əməkdaşlıq edir

24-06-2023, 09:00 | Baxılıb: 218
“İrakli Qaribaşvili: Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz layihəsini daha da cəlbedici etmək üçün səmərəli əməkdaşlıq edir

Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz layihəsini daha da cəlbedici etmək üçün səmərəli əməkdaşlıq edir.
Diaspor.info xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan qazaxıstanlı həmkarı Alixan Smailov ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, görüşdə iki ölkə arasında mövcud strateji əməkdaşlığı daha da gücləndirəcək layihələr, o cümlədən Orta Dəhliz layihəsi diqqət mərkəzində olub.
Hökumət başçısı deyib ki, ötən ilin noyabrında biz üçtərəfli memorandum imzaladıq. Biz bu layihədə Azərbaycan, Gürcüstan və Qazaxıstanla birlikdə bütün maneələri aradan qaldırmaq və Orta Dəhlizi daha da cəlbedici etmək üçün əməkdaşlıq edirik. Mərkəzi və Orta Asiya ölkələrinin, Çinin də bu layihəyə qoşulmasına və bu dəhlizlə daha çox yük daşınmasına nail olmaq qarşıda duran əsas vəzifələrdəndir.
Onun sözlərinə görə, bununla bağlı konkret yol xəritəsi də var və bu layihə artıq Qazaxıstanla da razılaşdırılıb. Bu, beşillik plandır, 2027-ci ilə qədər Gürcüstan, Azərbaycan və Qazaxıstanın öz növbəsində nə etməli olduğunu dəqiq bilirik.
“İndi biz Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi istiqamətində mühüm investisiyalar qoyuruq. Bu, çox yaxında başa çatacaq və dəmir yollarımızın ötürmə qabiliyyətini iki dəfə artıracaq”, – deyə İ.Qaribaşvili vurğulayıb.Baş nazir dərin özüllü Anakliya limanı barədə də məlumat verib. Bildirib ki, Gürcüstan hökuməti Anakliya limanını tikməyə hazırdır və inşaat işlərinə oktyabrda başlanılacaq. Anakliya limanının səhmlərinin 51 faizi Gürcüstan hökumətinə məxsus olacaq. Qalan 49 faizlə bağlı hökumət müxtəlif şirkət və korporasiyalarla mühüm danışıqlar aparmağa hazırdır.скачать dle 10.6фильмы бесплатно


218

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.