• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsrail mətbuatı ABŞ Konqresində Qarabağla bağlı keçirilmiş dinləmələri qınayıb

24-06-2023, 10:30 | Baxılıb: 184
“İsrail mətbuatı ABŞ Konqresində Qarabağla bağlı keçirilmiş dinləmələri qınayıb


“Holokostdan sağ çıxmış konqresmen Tom Lantosun adını daşıyan İnsan Haqları Komissiyasının təcavüzkar Ermənistana dəstək verməsi ədalətsizlikdir”.
Bunu tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham populyar “İsrael Behind the News” qəzetində dərc olunmuş məqaləsində yazıb.
“Qarabağ həqiqətlərinin keşiyində” sərlövhəli məqalədə ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasının cari il iyunun 21-də Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı keçirdiyi dinləmələrdən bəhs olunub. Qeyd edilib ki, “Dağlıq Qarabağ xalqının qorunması”ndan danışan Komissiya unutmamalıdır ki, “Dağlıq” (Naqornı) bölgənin adına sovet idarəçiləri tərəfindən əlavə edilmiş rus sözüdür, “Qarabağ” isə mənası tam aydın olan türk kəlməsidir. Bu o deməkdir ki, Qarabağın əsl yerli xalqı Azərbaycan türkləridir və onların bu torpaqlar üzərində hüquqları BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri ilə tanınıb. Bu isə öz növbəsində o anlama gəlir ki, Birləşmiş Ştatlar da beynəlxalq hüquq normalarına uyğun olaraq müharibə şəraitində olan Qarabağ bölgəsinə Azərbaycanın danılmaz hüququnu tanıyır. Faktiki olaraq Ermənistan beynəlxalq birliyin tələblərinə zidd olaraq Azərbaycanın adıçəkilən bölgəsini 30 il qanunsuz olaraq işğal altında saxlayıb və əraizinin kənardan gələn erməni köçkünlərin hesabına qeyri-qanuni məskunlaşdırılması ilə məşğul olub. Burada ermənilər sözün əsl mənasında keçmiş Azərbaycan şəhər və qəsəbələrinin xarabalıqları arasında yaşayıblar.
Diqqətə çatdırılıb ki, Azərbaycan Laçın dəhlizi boyunca sərhəd-buraxılış məntəqəsi yaratmaqla öz suveren ərazilərinin qanunsuz müdaxilələrdən qorunmasını təmin etmək, habelə sərhəd-keçid məntəqələrində nəzarəti saxlamaq kimi suveren və toxunulmaz hüququnu reallaşdırıb. Ermənistanın ölkəmizə bu qədər müsibətlər gətirməsinə baxmayaraq, Azərbaycan dövləti Qarabağda yaşayan etnik ermənilərlə bərabər dinc yanaşı yaşamağa və onlara Azərbaycan vətəndaşları ilə bərabər hüquqlar verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Habelə ermənilər müharibənin getdiyi Qarabağ bölgəsində sistemli şəkildə məscidləri dağıdarkən, Bakının mərkəzində erməni kilsəsi hələ də toxunulmaz olaraq qalır. Üstəlik, Qarabağ bərpa olunduqca azərbaycanlılar regionda təkcə məscidləri deyil, kilsələri də bərpa etməyi planlaşdırırlar. Bu onunla bağlıdır ki, Azərbaycanda multikulturalizm siyasəti aparılır və sözügedən siyasətdə hər bir inanca, dinə etiqad edənlər bərabər hörmət və dəstək alırlar. Belə ki, Azərbaycanda Pasxa, Novruz və Pesax bayramlarını hamının birlikdə qeyd etməsi normal haldır.
Bütün qeyd olunanların fonunda sözügedən dinləmələri Tom Lantos adına İnsan Haqları Komissiyası tərəfindən ədalətin və həqiqətin təhrif edilməsinə dəstək kimi dəyərləndirən və bundan ciddi şəkildə narahatlıq keçirdiyini dilə gətirən israilli politoloq Komissiyanın heç bir halda haqq qazandırılması mümkün olmayan bu addımını qeyd-şərtsiz pisləyib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://israelbehindthenews.com/2023/06/20/safeguarding-the-truth-about-karabakh/
скачать dle 10.6фильмы бесплатно


184

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.