Komitə sədri “Azİz”in vitse-prezidenti ilə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti və “Azİz”-in nəzdindəki “Azərbaycan Mədəniyyət Mərkəzi”nin direktoru Yeganə Salmanla görüşü keçirilib.
Qonağı salamlayan Komitə sədri “Azİz”in Azərbaycan həqiqətlərinin və zəngin mədəniyyətinin İsraildə təbliğ olunması, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi layihələri, bu önəmli prosesə Yeganə Salmanın töhfələrini yüksək qiymətləndirib. Assosiasiyanın lV qurultaydan sonra da fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini bildirib.
Sonra Yeganə xanımı 70 illik yubileyi münasibətilə təbrik edən Komitə sədri ona Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını təqdim edib.
“Azİz”in vitse-prezidenti ona göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Görüş gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
The chairman of the committee met with the vice-president of "AzIz"
Fuad Muradov, chairman of the State Committee on Work with Diaspora, met with Yegana Salman, the vice-president of Israel-Azerbaijan International Association "AzIz" and the director of the "Azerbaijan Culture Centre".
Welcoming the guest, the Chairman of the Committee highly appreciated Yegana Salman’s contributions to the projects implemented for the promotion of the Azerbaijani culture in Israel and for the strengthening friendly relations between our peoples.
Committee chairman congratulated Yegana Salman on her 70th anniversary and presented her with the medal of the Republic of Azerbaijan “for services in diaspora activity”.
The vice-president of "AzIz" expressed his gratitude for the attention and care shown towards her.
The meeting wrapped up with an exchange of views on future cooperation prospects.
Председатель комитета встретился с вице-президентом “AзИз”
Состоялась встреча председателя Государственного комитета по работе с диаспорой Фуада Мурадова с вице-президентом Международной ассоциации Израиль-Азербайджан “AзИз” и директором “Aзербайджанского культурного центра” при “AзИз” Егяной Сальман.
Поприветствовав гостью, председатель комитета высоко оценил осуществляемые “AзИз” проекты в области пропаганды в Израиле реалий и богатой культуры Азербайджана, укрепления дружественных связей между нашими народами, вклад Егяны Сальман в этот важный процесс. Он выразил уверенность в том, что ассоциация продолжит успешную деятельность и после lV съезда.
Затем председатель комитета, поздравив Егяну ханым с 70-летним юбилеем, вручил ей медаль Азербайджанской Республики “За заслуги в диаспорской деятельности”, которой она была награждена за заслуги в области развития азербайджанской диаспоры.
Вице-президент “АзИз” поблагодарила Азербайджанское государство за проявленные к ней внимание и заботу.
Встреча завершилась проведением обмена мнениями о перспективах дальнейшего сотрудничества.