• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kolumbiya qəzetində Azərbaycanın zəngin turizm potensialından bəhs olunub

26-06-2023, 10:00 | Baxılıb: 187
“Kolumbiya qəzetində Azərbaycanın zəngin turizm potensialından bəhs olunub

Kolumbiyanın geniş oxucu kütləsinə malik “El Nuevo Siglo” (“Yeni Əsr”) qəzetində “Azərbaycanın göz qamaşdıran paytaxtı Bakı ilə tanış ol” sərlövhəli məqalə dərc edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən Diaspor.info-ya bildiriblər ki, qəzetin həm çap, həm də elektron versiyalarında dərc edilmiş məqalədə ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan və təqdim etdiyi geniş turizm imkanlarından bəhs olunub.
Məqalədə Azərbaycanın müasirliyi və qədimliyi ilə möhtəşəm vəhdət təşkil etdiyi, əlverişli iqlim şəraitinə və zəngin təbiətə malik olduğu, o cümlədən mədəniyyətlərin qovuşuğu olan Bakı şəhərinin gözəlliyi, sakinlərin qonaqpərvərliyi ilə insanı valeh etdiyi vurğulanır.
Bildirilir ki, Azərbaycan hökuməti tərəfindən elektron viza sisteminin tətbiqi xaricilər üçün bu füsunkar turizm məkanına səyahəti xeyli asanlaşdırır. Odlar yurdu Azərbaycanda müsəlman Şərqində ilk parlamentli və dünyəvi respublikanın elan edilməsinə, ilk dəfə qadınlara seçki hüququnun verilməsinə diqqət çəkilir. Yazıda, həmçinin Papa Fransiskin “Azərbaycan əsl tolerantlıq nümunəsidir” sözlərinə yer verilir və Azərbaycanın müxtəlif dinlərin, mədəniyyətlərin əsrlər boyunca harmoniya şəraitində yaşadığı bir ölkə kimi tanındığı diqqətə çatdırılır.
Eyni zamanda, müstəqillik əldə etdikdən sonra Azərbaycanın böyük inkişaf və tərəqqiyə imza atdığı, zəngin təbii ehtiyatlara malik ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı, Avrasiyanın enerji və nəqliyyat xəritəsini bütünlüklə dəyişməyə nail olduğu bildirilir. Vurğulanır ki, müasir Azərbaycan tarixinin bütün dövrü Heydər Əliyevin adı ilə bağlıdır və Azərbaycan xalqı “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderinin anadan olmasının yüzilliyini böyük sevgi və ehtiramla yad edir.Məqalədə, həmçinin Bakıda yerləşən tarixi-mədəniyyət abidələri – Qız qalası, Bibiheybət məscidi, “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilir.скачать dle 10.6фильмы бесплатно


187

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.