• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Azərbaycan ordusu ilə müqayisədə zəifliyimiz barədə məlumat vermişdim”, - erməni general Paşinyanı ifşa edib

29-06-2023, 15:00 | Baxılıb: 215
““Azərbaycan ordusu ilə müqayisədə zəifliyimiz barədə məlumat vermişdim”, - erməni general Paşinyanı ifşa edib

Ermənistan Ordusunun Baş Qərargahının keçmiş rəhbəri Onik Qasparyan Azərbaycanla 44 günlük müharibədən əvvəl ölkə ordusunun döyüş qabiliyyətinə dair fikirlər səsləndirdiyinə görə generalları qınayan baş nazir Nikol Paşinyana cavab verərək, hökumət başçısının yalanlarını ifşa edib.
Bu barədə Diaspor.info-ya yerli mətbuata istinadən xəbər verir.
Ermənistan Ordusunun Baş Qərargahının keçmiş rəhbəri müharibəyə hazırlıq və hərbi əməliyyatların aparılması ilə bağlı məsələlərin ictimai müzakirəsini yolverilməz hesab edib. Onun sözlərinə görə, baş nazir təkcə Silahlı Qüvvələrin fəaliyyətini deyil, həm də bütün dövlət idarəetmə sisteminin fəaliyyətini təmsil etməli, müsbət və mənfi cəhətləri, habelə uğursuzluqların obyektiv və subyektiv səbəblərini qeyd etməlidir.
Qasparyan ordunun döyüş qabiliyyətini artırmaq üçün irəli sürdüyü təklifləri ətraflı sadalayıb.
O, xüsusilə qeyd edib ki, 2020-ci il iyulun 4-də Silahlı Qüvvələrin Baş Qərargahında baş nazirə və Milli Təhlükəsizlik Şurasının üzvlərinə hazırkı hərbi sahədə əlavə tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı hesabat təqdim edib.
“Mən təklif etdim ki, müharibənin qarşısını almaq üçün siyasi və diplomatik tədbirlər görsün və ya Xarici İşlər Nazirliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə (xüsusilə Rusiya ilə) və dost dövlətlərlə (İran və Gürcüstan) münasibətləri kəskin şəkildə yaxşılaşdırmağa yönəlmiş tədbirlər proqramı hazırlamağı tapşırsın”, - Baş Qərargahın keçmiş rəisi qeyd edib.Qasparyan qeyd edib ki, 2020-ci il iyulun 10-da Milli Təhlükəsizlik Şurasının iclasında baş nazirə 2020-2024-cü illər üçün silah və hərbi texnikanın inkişafı üzrə dövlət proqramının layihəsi barədə məlumat verib. Layihəyə əsasən Silahlı Qüvvələr qarşısında qoyulan vəzifələri həll etmək üçün 8 milyard ABŞ dolları lazım idi.
“Təhlükəsizlik Şurasının 2020-ci il avqustun ikinci yarısında keçirilən iclasında mən Baş nazirə məlumat verdim ki, ümumi hava hücumundan müdafiə qruplaşmasının effektivliyi “zəif” kimi qiymətləndirilir, düşmənin idarəetmə sistemlərini effektiv şəkildə susdurmaq mümkün deyil. Məlumat verdim ki, - operativ rəhbərlik və məlumatların ötürülməsi baxımından kəşfiyyat orqanlarının imkanları zəifdir”, - Qasparyan bildirib.
“Pilotsuz Uçuş Aparatlarının sayının döyüş tapşırıqlarını yerinə yetirmək üçün kifayət etmədiyini bildirdim. Həmçinin Azərbaycan tərəfinin PUA-larına qarşı döyüşmək üçün hava hücumundan müdafiə və elektron döyüş texnikasına ehtiyac olduğunu qeyd etdim, ordunun ehtiyacları üçün lazımi pilotsuz uçuş aparatlarının sayını açıqladım”, - general vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan Azərbaycanla 44 günlük müharibədə məğlubiyyətə görə ordu rəhbərliyini qınayıb.скачать dle 10.6фильмы бесплатно


215

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.