• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Dünya Çinşünaslar Şurasının Qurultayında təmsil olunub

3-07-2023, 11:30 | Baxılıb: 193
“Azərbaycan Dünya Çinşünaslar Şurasının Qurultayında təmsil olunub

Çin Beynəlxalq Mübadilə Assosiasiyası və Dünya Çinşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə Pekində Dünya Çinşünaslar Şurasının Qurultayı və 3-cü Sivilizasiyalararası Dialoq Konfransı keçirilib.
Diaspor.info xəbər verir ki, tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev iştirak ediblər. Qurultay və konfransda 71 ölkədən 100-dən çox çinşünas alim iştirak edib. Tədbirin əsas məqsədi qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirmək, müxtəlif mədəniyyətləri təmsil edən insan və cəmiyyətlər arasında dialoq yaratmaq, çinşünaslıq (sinologiya) elmi çərçivəsində elmi əlaqələri inkişaf etdirmək olub.
Qurultay zamanı Qlobal Çinşünaslıq Universitetləri Alyansı təsis edilib və Xəzər Universiteti alyansa təsisçi-üzv seçilib.
Qeyd edək ki, Xəzər Universiteti ilə Çinin müxtəlif universitetləri arasında sıx təhsil və akademik əlaqələr mövcuddur. Keçən illər ərzində Pekin Xarici Dillər Universiteti, Şanxay Universiteti, Pekin Dil və Mədəniyyət Universiteti, Şencen Universiteti, Anhuy Kənd Təsərrüfatı Universiteti və Xəzər Universiteti arasında bağlanmış müvafiq anlaşma memorandumlarına əsasən tələbə mübadiləsi, elmi konfranslar, alimlərin qarşılıqlı səfərləri həyata keçirilib. Ötən ilin oktyabrında Xəzər Universitetində Dünya Çinşünaslıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Çin Tədqiqatlar Mərkəzi yaradılıb.скачать dle 10.6фильмы бесплатно


193

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.