• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Sabiq nazir Azərbaycanın İsrail kimi haqsız tənqidlərə məruz qalmasından yazıb

4-07-2023, 17:30 | Baxılıb: 190
“Sabiq nazir Azərbaycanın İsrail kimi haqsız tənqidlərə məruz qalmasından yazıb


“Azərbaycan və İsraili yalnız yaxın münasibətlər birləşdirmir, bu dünyəvi və demokratik müsəlman dövləti ən azından yəhudi dövlətinin mütəmadi olaraq tuş gəldiyi tənqid atəşinə məruz qalır”.
Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara özünün ABŞ-ın geniş oxucu kütləsinə malik “Jewish News Syndicate” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“Konqresdə keçirilən tədbirdə Azərbaycanla “İsrailsayağı” rəftar olundu” sərlövhəli məqalədə ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası tərəfindən 21 iyun 2023-cü ildə təşkil olunmuş panel müzakirələrinin onda çoxdan formalaşmış rəyi möhkəmləndirdiyini qeyd edən müəllif “Dağlıq Qarabağ xalqının müdafiəsi” adlı tədbirin Holokostdan qurtulmuş konqresmenin adını daşıyan komissiyada müzakirə olunmasını istehza ilə, Konqres üzvlərinin və digər tanınmış amerikalıların İran rejiminə qarşı Amerikanın ən böyük müttəfiqlərindən olan Azərbaycana hücum etməsini isə hiddətlə qarşılayıb.
Müəllif bu qənaətə gəlib ki, Konqresin insan haqları komitələri, görünür, artıq münaqişənin hər iki tərəfinə ədalətli yanaşmağa əhəmiyyət vermirlər. Belə ki, tədbirdə çıxış edənlər ermənilərə üstünlük veriblər, Azərbaycanı müdafiə edən səslər isə susdurulub. İsrailli politoloq bu mənada Azərbaycanın Qarabağdan “xristianları qovduğunu” iddia edən keçmiş ABŞ səfiri Sem Braunbekin canfəşanlığına xüsusi diqqət çəkib, eyni zamanda ona Azərbaycanda 30 min yəhudi və 450 minə qədər xristianın bərabərhüquqlu vətəndaş kimi yaşadığını xatırladıb, Braunbekin Vaşinqtonun Azərbaycana “minimum insan haqları standartları”nın nədən ibarət olmasını diqtə etməsini və ABŞ-ın Ermənistana “əsas təhlükəsizlik zəmanətləri” verməsini şərtləndirən qanunun qəbulunun zəruriliyi barədə fikrinə ciddi etirazını bildirib.
Amerika Müəssisəsi İnstitutunun baş elmi işçisi Maykl Rubinin “Vaşinqton İsraili diplomatik yolla inandırmalıdır ki, Azərbaycanı kor-koranə dəstəkləməyə davam etmək onun maraqlarına uyğun olmaya bilər” fikrini şərh edən sabiq nazir istehza ilə bildirib ki, sözügedən yanaşmaya görə, İsraili öz istəklərini yerinə yetirən “Amerika kuklasına” çevirməyə ümid edən güclü erməni lobbisi üzündən onun ölkəsi İran və molla rejiminin əlaltılarının təhdidləri qarşısında ğz maraqlarına zidd olaraq Azərbaycanı dəstəkləməyi dayandırmalıdır. Vaşinqtonun sözügedən təzyiqlərə hansı reaksiyanı verməsi məsələsinə aydınlıq gətirən sabiq nazir İsrailin ABŞ-ın bu cür təzyiqlərə qarşı durmaqla İran təhlükəsi ilə mübarizədə ən böyük və sadiq müttəfiqlərindən olan Azərbaycanın tərəfində olmasını alternativi olmayan seçim adlandırıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jns.org/jns/u-s-congress/23/6/25/297791/скачать dle 10.6фильмы бесплатно


190

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.