• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışına geniş yer verib

6-07-2023, 15:00 | Baxılıb: 205
“Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışına geniş yer verib

Türkiyə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışını geniş işıqlandırıb.
Diaspor.info xəbər verir ki, “Haber Global” Azərbaycan Prezidentinin Fransanın müstəmləkə siyasəti ilə bağlı fikirlərinə diqqət çəkib. “Əliyev: Fransa müstəmləkə keçmişinə və soyqırımı cinayətlərinə görə üzr istəməlidir” başlıqlı xəbərlə Prezident İlham Əliyevdən geniş sitat təqdim edib.
“Fransa müstəmləkə keçmişinə və soyqırımı cinayətlərinə görə üzr istəməlidir. Ermənistanın fəaliyyətinə görə Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir. Fransa müstəmləkə keçmişinə və soyqırımı cinayətlərinə görə üzr istəməlidir. Niderland müstəmləkə keçmişinə və köləlik fəaliyyətinə görə üzr istəyərək bunu etdi və biz Fransanı da eyni şeyi etməyə çağırırıq. Əlcəzairəsilli Naelin öldürülməsi Fransada irqçilik və ayrı-seçkiliyin yeni nümunəsidir. Fransa başqalarına mühazirə oxumaq əvəzinə öz ölkəsindəki narahatedici problemlərə diqqət yetirməlidir. Fransa hələ də neokolonializmi qoruyan ölkələrdən biridir”, - deyə sitatda qeyd olunub.
“Haber.com” saytı isə İlham Əliyevin “Ermənistan regionda sülh istəyirsə, silahlı qüvvələrini Qarabağdan tamamilə çıxarmalıdır” sözlərini önə çəkib.
"Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur olsa da, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində hələ də erməni silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan, həqiqətən də, regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o, öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarmalıdır. Bölgədəki erməni hərbi ünsürləri tərksilah edilməli və demobilizasiya edilməlidir”, – deyə sayt İlham Əliyevdən sitat təqdim edib.Portalda həmçinin İlham Əliyevin çıxışında Zəngəzur dəhlizi ilə bağlı söylədiklərinə də diqqət çəkilib: “Ermənistan Zəngəzur dəhlizinin açılmasına da mane olur. Zəngəzur dəhlizi Ermənistanın 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya sənədi ilə üzərinə götürdüyü növbəti öhdəlikdir və buna görə də yerinə yetirilməlidir”.
“Yeni Şafak” qəzeti “Azərbaycan prezidenti Əliyev: Hollandiya köləlik fəaliyyətinə görə üzr istəyib Biz Fransanı da eyni addımı atmağa çağırırıq” başlıqlı xəbəri ilə İlham Əliyevin çıxışına geniş yer verib: “Biz Fransa hökumətini Qoşulmama Hərəkatının əsas sənədlərində əks olunduğu kimi, Yeni Kaledoniya xalqının və Fransanın xaricdəki icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda nəzarət etdiyi torpaqlar Fransa müstəmləkə imperiyasının dəhşətli qalıqlarıdır. Biz həmçinin Fransanı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və Afrika, Cənub-Şərqi Asiya və digər regionlarda Qoşulmama Hərəkatına üzv ölkələrə qarşı soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyəti qəbul etməyə çağırırıq”.
Nüfuzlu “ensonhaber.com” saytı da İlham Əliyevin “Makron üzr istəməlidir” ifadəsini qabardıb.
Sayt yazır: “Paris administrasiyasının müstəmləkə keçmişinə toxunan Əliyev “Onlar milyonlarla insandan üzr istəməlidirlər” deyib. Azərbaycan Prezidenti İlham Əliyev Fransanı neokolonial siyasət yürüdən ölkələrdən biri olmaqda ittiham edib. Əliyev Fransada, o cümlədən mediada irqçi və diskriminasiya xarakterli diskursların geniş vüsət aldığını diqqətə çatdırıb”.
Bunlarla yanaşı, “Beyaz Gazete”, “aksam.com.tr”, “haber16.com” kimi nüfuzlu media qurumları da Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısındakı çıxışına geniş yer veriblər.
Qeyd edək ki, bu gün Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilir. İclas sabah da davam etdiriləcək.
Tədbirdə hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlərin, o cümlədən Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.скачать dle 10.6фильмы бесплатно


205

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.