• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Haaqada Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasındakı rolu tənqid edilib

6-07-2023, 19:00 | Baxılıb: 137
“Haaqada Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasındakı rolu tənqid edilib

“Əvvəllər Avropa İttifaqının (Aİ) rolu faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın inhisarında idi. Bu fəaliyyətin nəticəsi isə sıfıra yaxın idi. Daha da pisi odur ki, bu vasitəçilik nəinki sülhə gətirib çıxarmadı, hətta Ermənistan tərəfindən ilhaqın açıq şəkildə tanınmasına belə mane olmadı. Bu da öz növbəsində müharibəyə səbəb oldu”.
Diaspor.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Haaqada keçirilən “Cənubi Qafqaz və Avropa İttifaqı” konfransında müzakirələr zamanı deyib.
Avropa İttifaqının region üzrə xüsusi nümayəndələri, Brüsseldən yüksək səviyyəli rəsmilər, eləcə də həm Qafqaz, həm də Avropa ölkələrindən yüksək səviyyəli diplomatlar və ekspertlərin iştirak etdiyi tədbirdə danışan səfir söyləyib ki, rəsmi Bakı Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində hazırki vasitəçilik missiyasını müsbət qiymətləndirir.
“Bu missiyanın tam uğur qazanması üçün keçmişin səhvləri nəzərə alınmalıdır. Bu isə ilk növbədə realizm prinsipinə, sahədə yeni yaranan reallıqlara qətiyyətlə riayət etmək, ikincisi, vasitəçinin qərəzsiz mövqeyini qorumaq deməkdir”, - deyə azərbaycanlı diplomat bildirib.
Məlumata görə, səfir Elşad İskəndərov tədbir zamanı Ermənistanın “Mülki Müqavilə” partiyasının sabiq deputatı Tatevik Ayrapetyanın Laçın yolunun müvəqqəti bağlanmasını “Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti” kimi təqdim etmək cəhdlərinə də cavab verib:
“Azərbaycan Ermənistanla sərhədin Laçın hissəsini nəzarətə götürdükdən sonra biz erməni azlığına humanist və sivil münasibət göstərdik. Bir neçə həftə ərzində 30 ildən çox separatçı rejim tərəfindən məcburi təcrid vəziyyətində saxlanılan yerli əhali Azərbaycan hakimiyyətinin nümayəndələri ilə əlaqə yarada bildi - və heç bir problem olmadı. Və bu, qarşılıqlı etimad yaratmağın ən yaxşı yoludur”.“Kim bu mühüm etimad quruculuğu tədbirinin yaradılması prosesini sarsıtdı?" - səfir Ermənistan nümayəndəsinə müraciət edib. “Ermənistandan atılan snayper gülləsi təkcə Azərbaycan sərhədçisinə deyil, həm də erməni azlığının Bakı ilə dialoquna qarşı yönəlmişdi. Çünki yerlərdəki real proses, bu ünsiyyət, sizin kimilərin “etnik təmizləmə planları” ilə bağlı ortaya atdıqları yalan rəvayətləri məhv etdi”, - deyə səfir Elşad İskəndərov əlavə edib.скачать dle 10.6фильмы бесплатно


137

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.