• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AMEA prezidenti Türkiyə tərəfindən təşkil olunmuş konfransda çıxış edib

9-07-2023, 11:00 | Baxılıb: 242
“AMEA prezidenti Türkiyə tərəfindən təşkil olunmuş konfransda çıxış edib

Türkiyənin Azərbaycandakı səfirliyi, Şərqi Anadolu İnkişaf Agentliyi və Van Yüzüncü Yıl Universitetinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan regional əməkdaşlıq imkanları” mövzusunda onlayn konfrans keçirilib. Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə Diaspor.info-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri Van Yüzüncü Yıl Universitetinin Sosial Elmlər İnstitutunun direktoru professor Bekir Koçlar açıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransda Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığından söz açıb. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladan AMEA rəhbəri iki qardaş ölkə arasında əlaqələrin bu gün Azərbaycan və Türkiyə prezidentləri tərəfindən daha da genişləndiyini xüsusi vurğulayıb. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi, elm sahəsində də qurulmuş əməkdaşlıq əlaqələri yüksək inkişaf mərhələsinə qədəm qoyub. İsa Həbibbəyli hələ Naxçıvan Dövlət Universitetinin rektoru olduğu illərdə Van Yüzüncü Yıl Universiteti ilə geniş əməkdaşlıq münasibətlərinin yaradıldığını bildirib, bu gün AMEA tərəfindən qardaş ölkənin TÜBA, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, TÜBİTAK kimi elmi qurumları və onlarla universitetləri ilə elmi əməkdaşlığın yüksələn xətlə inkişaf etdirildiyini söyləyib.
Bundan əlavə, ədəbiyyat, dil, tarix, seysmologiya, iqtisadiyyat, demoqrafiya və digər elm sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin, bir sıra ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. İki qardaş ölkənin digər elmi qurumları arasında da bir sıra prioritet istiqamətlərdə birgə əməkdaşlıq münasibətlərinin yaradılmasının vacibliyini diqqətə çatdıran akademik müştərək elmi tədqiqatların aparılmasının, eləcə də konfransların, dəyirmi masaların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.Tədbirdə həmçinin AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycanın Türkiyədəki səfirliyinin mədəniyyət üzrə baş katibi İslam Quliyev, Van Yüzüncü Yıl Universitetinin rektoru professor Hamdullah Şevli, Şərqi Anadolu İnkişaf Agentliyinin baş katibi professor Halil İbrahim Güray və başqaları çıxış edərək gündəlikdə nəzərdə tutulan məsələlər ətrafında fikirlərini bildirərək təkliflərini səsləndiriblər.
Konfransda “İki şəhər, bir hekayə: Van və Şuşa” mövzusunda panel iclası da keçirilib. Həmçinin iqtisadi, mədəni və turizm üzrə əməkdaşlıq imkanları müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно


242

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.