• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsrailli professor Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyətindən yazıb

11-07-2023, 17:30 | Baxılıb: 182
“İsrailli professor Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyətindən yazıb

İsrailli professor Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyətindən yazıb

“Zəngəzur dəhlizi Türkiyə ilə İran arasında güc mübarizəsində bütün dünyaya təsir edə biləcək əsas məsələdir”.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Tel-Əviv Universitetinin mühazirəçisi doktor Mordexay Kedar ölkəsinin geniş oxucu kütləsinə malik “Israel National News” qəzetində dərc olunan məqaləsində yazıb.
“İran bölgədə artan Türkiyə təsirinə qarşı” sərlövhəli məqalədə qeyd olunub ki, Qarabağda 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanata əsaslanan Azərbaycan Türkiyə ilə həmsərhəd ərazisi olan Naxçıvanla onun özünü birləşdirəcək müasir nəqliyyat dəhlizinin (avtomobil və dəmir yolu) yaradılması üçün Ermənistanın cənubunda, İranla sərhədi boyunca zolağın əldə olunmasını, bu dəhlizin - Zəngəzur dəhlizinin onun suverenliyində olmasa da, nəzarətində olmasını tələb edir. Azərbaycan və Ermənistan arasında gələcək sülh sazişinin bir hissəsi kimi birinciyə qaytarılması planlaşdırılan Zəngəzur dəhlizi dənizə çıxışı olmayan Naxçıvan vilayətini Azərbaycanın qalan hissəsi, habelə Azərbaycanı Türkiyə və Aralıq dənizi ilə birləşdirə bilər. Molla rejimi isə Zəngəzur dəhlizinin Azərbaycanın suverenliyinə qaytarılmasının onu Ermənistan və Rusiyadan ayrı salacağına, rejimin Cənubi Qafqazdakı təsirini kəskin şəkildə azaldacağına və Türkiyənin bölgədəki təsirini xeyli artıracağına görə qəti şəkildə əleyhinədir.
Qeyd olunub ki, göstərilən səbəbdən Azərbaycanın adıçəkilən dəhliz üzərində suverenliyinin bərpası ölkə üçün böyük əhəmiyyət kəsb edir və Türkiyə bu mühüm məsələdə Bakını dəstəkləyir. Zəngəzur dəhlizi üzərində suverenliyinin bərpası Azərbaycanın uzunmüddətli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etsə də, ayətullah rejimi buna qəti etiraz edir, çünki sözügedən variantın reallaşması hərbi nüvə proqramına və terror fəaliyyətinə görə tuş gəldiyi sarsıdıcı sanksiyalar qarşısında Tehran rejimini xarici dünyaya çıxış üçün can damarı olan Ermənistanla sərhəddən məhrum edəcək.
Məqalədə sözügedən məsələ ilə bağlı Rusiyanın da maraqları təhlil olunub. İsrailli professorun fikrincə, Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyəti fonunda Zəngəzur dəhlizinin Azərbaycana qaytarılması Moskvanın öz ərazisini dəmir yolu ilə İran vasitəsilə Hind okeanına birləşdirmək planlarını puça çıxarır. Əgər hazırkı vəziyyət belə davam edərsə, o zaman Rusiyanın İranda infrastruktur layihələrini maliyyələşdirməklə bağlı bütün planları, eləcə də Ermənistanın İranı dəstəkləmək imkanları iflasa uğraya bilər.
Eyni zamanda diqqətə çatdırılıb ki, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçildikdən sonra Azərbaycana bu yaxınlarda gerçələşdirdiyi səfər zamanı Ankaranın Zəngəzur dəhlizinin bərpasında Bakını bir daha dəstəklədiyini bəyan etməsi neftlə zəngin bölgəyə nəzarət uğrunda Türkiyə ilə daim rəqabət aparan İslam Respublikasını xeyli qıcıqlandırıb. Eyni zamanda Türkiyə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada konsulluq açacağını bəyan edib və bu, mollaların üzünə növbəti sillədir, çünki sözügedən bəyanatın reeallaşması işğalçı Ermənistanı daim dəstəkləmiş Tehran rejimi üçün Azərbaycanın Qarabağ bölgəsi üzərində nəzarətini möhkəmləndirməsi anlamına gəlir.
Müəllif hesab edir ki, Ərdoğanın Azərbaycana son səfəri İranın Qafqaz regionunda olan-qalan təsir dairəsini qoruyub saxlamaq istəyinə böyük zərbədir və Təl-Əvivdə Azərbaycan səfirliyinin açılması ilə yeni mərhələyə qədəm qoymuş İsrail-Azərbaycan əməkdaşlığı, son prezident seçkilərdən sonra Türkiyənin beynəlxalq aləmdə, o cümlədən regionda gücünün aşkar artması kimi amilləri Tehrandakı molla rejimi öz gələcəyinə təhlükə kimi görür.
Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.israelnationalnews.com/news/373427скачать dle 10.6фильмы бесплатно


182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.