• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsrailli sabiq nazir: “Azərbaycan yalnız İsrailin deyil, həm də Qərbin böyük dostudur”

12-07-2023, 16:30 | Baxılıb: 222
“İsrailli sabiq nazir: “Azərbaycan yalnız İsrailin deyil, həm də Qərbin böyük dostudur”

İsrailli sabiq nazir: “Azərbaycan yalnız İsrailin deyil, həm də Qərbin böyük dostudur”

“Azərbaycan yalnız İsrailin deyil, həm də Qərbin böyük dostudur”. Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın ölkəsinin geniş oxuyucu kütləsinə malik “İsrael Hayom”da nəşrində dərc olunmuş məqaləsində yazıb.
“Nə üçün İsrail İran təhlükəsi qarşısında Azərbaycana kömək etməlidir?” sərlövhəli məqalədə qeyd olunub ki, İsrail kimi Azərbaycan da ona qarşı birmənalı sayılmayan yanaşmalar səbəbindən İran təhlükəsi qarşısında Qərb paytaxtlarında çox ehtiyac duyulan dəstəyi əldə etmək üçün çətin mübarizə aparır. İrandan qaynaqlanan ekzistensial təhlükə ilə üzləşən İsrailə qarşı fələstinlilərin yürütdüyü boykot və sanksiya hərəkatı Qərbdə İsrailə qarşı sanksiyaların tətbiq edilməsini hədəflədiyi kimi, erməni lobbisi də Kapitoli təpəsində analoji təhdid altında olan Azərbaycana əleyhinə fəaliyyət aparır və bu vəziyyət Tehrandakı mollaların həm Azərbaycana, həm də İsrailə qarşı düşmənçiliyini körükləyir. Sabiq nazir bu mənada ölkəsinin dost Azərbaycanı bütün vasitələrlə müdafiə etməsini alternativsiz seçim adlandırıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan təkcə İsrailin deyil, həm də Qərbin etibarlı dostudur. NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanı “dəyərli tərəfdaş” adlandırıb və bu, ölkəmizin Əfqanıstandakı NATO missiyasına verdiyi töhfə ilə bağlı olub. Belə ki, Azərbaycan Türkiyə ilə birlikdə Kabildə həyata keçirilən təxliyə prosesləri zamanı Həmid Kərzai adına hava limanının təhlükəsizliyini təmin edib və nəticədə talibanlar tərəfindən ələ keçirilmiş ölkədən QHT və hökumət işçilərinin təhlükəsiz təxliyəsinə imkan yaradıb. Məqalədə Ceymstaun İnstitutuna istinadən bildirilib ki, Azərbaycanın NATO səylərinə töhfəsi 2002-ci ildə 22 sülhməramlı ilə başlayıb və missiyalarını bitirəndə onların sayı 120-yə çatıb. Azərbaycan sülhməramlıları NATO missiyasına quruda dəstək verməklə yanaşı, zəruri hərbi təchizatın təxminən 40%-ni tranzit marşrutları ilə təmin etməklə Əfqanıstandakı müttəfiq qüvvələrin maddi-texniki təminatını asanlaşdırıb.
Eyni zamanda qeyd olunub ki, Stoltenberq Ukraynadakı müharibədən sonra kəskin qaz və neft çatışmazlığı ilə üzləşmiş bir sıra NATO üzv ölkələrinə Azərbaycanın qaz tədarükünü də yüksək qiymətləndirib. İsrailli politoloqun fikrincə, Azərbaycan Rusiyanın Avropaya qaz tədarükünü tam əvəzləməsə də, Avropanın Rusiya qazı və neftindən asılılığını azaltmaqda mühüm rol oynayır.
Sonda sabiq nazir belə qaənatə gəlib ki, Qərb İsrailin İranla bağlı narahatlığını nəzərə almalı olduğu kimi, Azərbaycanın da eyni qəbildən olan narahatlığını nəzərə almalıdır. Çünki İsrail və Azərbaycanın İran təhlükəsi ilə bağlı narahatlığı Ukraynanın Rusiya ilə əlaqədar narahatlığından heç də az əhəmiyyət kəsb etmir. Buna görə də Qərb İranın nüvə təhlükəsinə necə cavab verəcəyini düşünərkən İsrail və Azərbaycan da mollalarla danışıqlar masası arxasında söz sahibi olmalıdır.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.israelhayom.com/2023/07/09/why-israel-should-help-azerbaijan-in-the-face-of-the-iranian-threat/
скачать dle 10.6фильмы бесплатно


222

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.