• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qarabağ iqtisadi rayonu üzrə işğaldan azad edilmiş ərazilərin 18,1 faizi minalardan təmizlənib

14-07-2023, 10:00 | Baxılıb: 197
“Qarabağ iqtisadi rayonu üzrə işğaldan azad edilmiş ərazilərin 18,1 faizi minalardan təmizlənib

Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş əraziləri Ağdam, Füzuli, Xocavənd, Tərtər və Xocalı rayonlarını əhatə edir. Qeyd olunan rayonların ümumi ərazisi 6,244 kvadratkilometrdir və həmin rayonlar üzrə ümumilikdə məcburi köçkün əhali sayı 275,552 nəfərdir. Təbii ki, yenidənqurma və bərpa proseslərinin birinci mərhələsi regionun və şəhərlərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün ümumi və baş planların hazırlanmasıdır. Artıq Ağdam və Füzuli şəhərlərinin baş planları tam təsdiqlənib, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları isə yekunlaşmışdır.
Diaspor info-nun məlumatına görə, bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı qarşılaşdığımız ən əsas problemlərdən biri ərazilərin minalarla hədsiz çirklənməsidir. Bildirmək istərdim ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra, indiyədək Ermənistanın mina terroru nəticəsində 300-dən artıq Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır. Lakin, bu istiqamətdə üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 18,1 faizi, yəni 42,635 hektar ərazi minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib və minatəmizləmə əməliyyatlarını tam miqyasda davam etdiririk. Hazırda baza infrastruktur layihələrinin həyata keçirildiyi ərazilər və tikinti aparılacaq sahələr prioritet təşkil edir. Qeyd olunan təmizlənmiş ərazilərdə indiyədək 61,163 mina və partlamamış hərbi sursat aşkarlanmışdır. Minatəmizləmə işləri ANAMA başda olmaqla, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri tərəfindən, eyni zamanda özəl şirkətlər tərəfindən aparılır”, - deyə o əlavə edib.скачать dle 10.6фильмы бесплатно


197

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.