• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor fəalımız “Fransanın ən güclü yaddaşı” titulunu qazanıb

13-07-2023, 16:30 | Baxılıb: 187
“Diaspor fəalımız “Fransanın ən güclü yaddaşı” titulunu qazanıb

İspaniyanın Barselona şəhərində yaşayan Orxan İbadov universitetlər şəhəri olan Lilldə keçirilmiş yaddaş üzrə Fransa açıq çempiontının qalibi olub.
15 ölkədən 50-dən çox iddiaçının iştirak etdiyi çempionat Azərbaycan təmsilçisinə qarşı qərəzli münasibətin açıq-aşkar nümayişi və ağır psixoloji durumun yaradılması ilə müşayiət olunub. Lakin soydaşımız soyuqqanlılığını qorumağı və rəqiblərinə üstün gəlməyi bacarıb.
Çempionatın ilk günündə dörd yarışdan sonra Orxan İbadov beşinci yeri tutub. Lakin ertəsi gün çempionatın lideri sayılan Silven Arvidye ilə arasındakı fərqi minimuma endirərək, son müsabiqənin gedişində əsas rəqibini 9 xal qabaqlayıb və çempion titulunu qazanıb.
Qeyd edək ki, 37 yaşlı Orxan İbadov indiyədək Almaniya, Türkiyə, Misir, Filippində keçirilən yaddaş üzrə açıq çempionatlarda və turnirlərdə uğurlu nəticələr göstərib. O, yaddaş və təhsil sahəsində dünyanın aparıcı ekspertlərindən və dünyanın ən fenomenal yaddaşa malik olan ilk on insandan biri hesab olunur.


Diaspor fəalımız “Fransanın ən güclü yaddaşı” titulunu qazanıb


Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan Orxan İbadov hazırda Avropa və Cənub-Şərqi Asiyanın bir sıra təhsil müəssisələrində təhsilin inkişafı üzrə məsləhətçi vəzifəsində çalışır. Yaddaşı, beyni və təfəkkürün məhsuldarlığını gücləndirmək üçün mütəmadi olaraq İspaniya və digər Avropa ölkələrində korporativ və fərdi təlimlər keçir.
Orxan İbadov həm də Barselona Azərbaycanlıları Cəmiyyətinin fəal üzvü olaraq icmamızın fəaliyyətində yaxından iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsi həmyerlimizi gərgin yarışda qazandığı çempion titulu münasibətilə təbrik edir, bundan sonra da parlaq və davamlı uğurlar əldə etməyi arzulayır.

скачать dle 10.6фильмы бесплатно


187

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.