• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması Brüssel görüşü ilə bağlı bəyanat yayıb

17-07-2023, 20:00 | Baxılıb: 181
“Qərbi Azərbaycan İcması Brüssel görüşü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıb.
Diaspor info-xəbər verir ki, bəyanatda deyilir:
"Əldə etdiyimiz məlumatlara görə, 2023-cü il iyulun 15-də Brüssel şəhərində keçirilmiş üçtərəfli görüşdə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı məsələsi müzakirə olunmuşdur.
Bizim qayıdış məsələmizin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqların gündəliyinə gətirilməsi bu məsələnin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həlli istiqamətində tarixi bir inkişafdır. Bu, Qərbi Azərbaycan İcmasını və Ermənistandan zorla çıxarılmış hər bir azərbaycanlını qayıdış hüququnun reallaşması istiqamətində fəaliyyətə daha da ruhlandırır.
Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri bir şərtdir. Bu baxımdan biz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsini ürəkdən alqışlayırıq.
Qərbi Azərbaycan İcması qayıdış məsələsinə dövlətlərarası münasibətlərin normallaşmasına xidmət edən Brüssel sülh prosesində baxılmasına paralel olaraq, bu məsələ üzrə Ermənistan hökuməti ilə birbaşa danışıqlara hazır olduğunu bir daha bəyan edir və Ermənistan hökumətinə bununla bağlı dialoq çağırışını yeniləyir".скачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.