Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət edib.
Diaspor info-nun məlumatına görə, müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur (sübutlar və əsaslandırılmış faktlar əlavə olunur):
"Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir.
Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir.
Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər.
Hazırda Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə “EU4Environment” proqramı çərçivəsində qrantlar alır. Biz Avropa İttifaqına müraciət edirik ki, bu maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunması təmin edilsin.Proqramı (UNDP)
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)
BMT-in Qadın Agentliyi
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE)
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
BMT-nin insan hüquqları və ətraf mühit üzrə xüsusi məruzəçisi
BMT-nin zəhərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi
BMT-nin iqlim dəyişikliyi kontekstində insan hüquqlarının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi
Avropa Komissiyası
Avropa Şurası
Avropa Parlamenti
Avropa Ətraf Mühit Agentliyi
Avropa Şurası
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF)
Qlobal Ətraf Mühit Fondu (GEF)
“Friends of Earth” təşkilatı
İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI)
“Greenpeace” təşkilatı.
Sübutlar və faktlar:
sağlamlıq haqqında” protokol su ekosistemlərinin qorunmasına, su ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına, onlara nəzarət edilməsinə və təsirlərin azaldılmasına xüsusi diqqət yetirir. Konvensiyanın məqsədlərinə nail olmaq üçün protokolda iştirak edən tərəflər içməli suyun keyfiyyəti, axıdılma keyfiyyəti, su təchizatı və tullantı sularının təmizlənməsi sistemlərinin səmərəliliyi üçün milli və yerli hədəfləri müəyyən etməlidir. Protokolu imzalayan tərəf kimi Ermənistan transsərhəd su axarlarına və göllərə ziyan vuran mədən əməliyyatları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir;
Azərbaycan Milli Bölməsi” İctimai Birliyi Səadət Bənənyarlı
17. Demokratiya və İnsan Hüquqları Komitəsi Çingiz Qənizadə
18. “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Anar Xəlilov
19. “Elmi Araşdırmalar” İctimai Birliyi Telman Qasımov
20. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Elman Cəfərli
21. Biosfer İctimai Birliyi Qorxmaz İbrahimli
22. Sosial-iqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Rahilə Mehtiyeva
23. “Səma və Eko” Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi İradə Həsənova
24. “Şəfəq” Ekoturizm İctimai Birliyi Vamiq Babayev
25. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi Çingiz Ramazanlı
26. Hemofiliyalı Xəstələr İctimai Birliyi Ayaz Hüseynov
27. Azərbaycan Uşaqları İctimai Birliyi Kəmalə Ağazadə
28. Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi Səməd Vəkilov
29. “Sağlamlığın Qorunması” İctimai Birliyi Yazgül Abdıyeva.