• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə və Azərbaycan parlamentariləri arasında görüş olub

19-07-2023, 09:00 | Baxılıb: 180
“Türkiyə və Azərbaycan parlamentariləri arasında görüş olub

Diaspor info-xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu dilə gətirib.
O, Fuat Oktayın Türkiyənin vitse-prezidenti olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirərək, onun TBMM-in Xarici əlaqələr komitəsinə rəhbərliyinin həm Türkiyə, həm də Azərbaycan üçün uğurlu olacağına inamını ifadə edib.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini deyən Səməd Seyidov dövlət başçılarımızın dostluğu sayəsində bu gün ən yüksək səviyyədə olan strateji tərəfdaşlığımız və müttəfiqliyimizdən söz açıb.
Komitə sədri Azərbaycan və Türkiyə arasında parlamentlər səviyyəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığını yüksək dəyərləndirib. Səməd Seyidov Azərbaycan və Türkiyə müttəfiqliyinin, xarici siyasət sahəsində əməkdaşlığının dünyada barışığa və sabitliyə xidmət etdiyini, o cümlədən Cənubi Qafqazda sülhə və regional tərəqqiyə mühüm töhfələr verdiyini bildirib.
Yüksək qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edən TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşüb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edərək münasibətlərimizin gələcək perspektivlərindən danışıb.Sonra Milli Məclisin deputatları Asim Mollazadə və Nəsib Məhəməliyev, TBMM-in üzvləri Kürşat Zorlu və Utku Çakırözer çıxış edərək iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini səsləndiriblər.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, komitə üzvləri Nigar Arpadarai, Sahib Alıyev, Cavanşir Feyziyev, Sevil Mikayılova, Rasim Musabəyov, Kamran Bayramov, TBMM-in millət vəkilləri Ceyda Bölünmez Çankırı, İsmail Özdemir, Mahmut Rıdvan Nazırlı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно


180

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.