• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ukraynalı politoloq: Prezident İlham Əliyev növbəti dəfə ukraynalılara öz yardım əlini uzadıb

19-07-2023, 10:30 | Baxılıb: 168
“Ukraynalı politoloq: Prezident İlham Əliyev növbəti dəfə ukraynalılara öz yardım əlini uzadıb

Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətləri və konstruktiv qarşılıqlı fəaliyyət tamamilə yeni strateji səviyyəyə qalxır.
Diaspor info-xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər namizədi, politoloq Oleksi Buryaçenko söyləyib.
Ukraynalı politoloq əlavə edib: “Azərbaycanın dövlət başçısının ehtiyat fondundan Ukraynaya humanitar yardım məqsədilə 7,6 milyon dollar məbləğində vəsait ayrılması mühüm xəbər oldu. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzaladı. KİV-lərdə yayılan xəbərlərdən məlum oldu ki, müvafiq humanitar yardımın göndərildiyi istiqamətlərdən biri energetika avadanlığıdır. Qış aylarında RF-nin raket zərbələri ilə bütün generasiyanın 55 faizinin və şəbəkələrin 50 faizinin məhv edildiyini nəzərə alsaq, Ukraynanın çoxdandır ki, buna böyük ehtiyacı var”.
Onun sözlərinə görə, bu, artıq Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin ukraynalılara yardım əlini uzatması üzrə növbəti addımdır. Ukrayna tammiqyaslı hərbi müdaxilənin ilk vaxtlarından Azərbaycandan on tonlarla zəruri humanitar yüklər alıb və bu, son dəfə rusiyalılar tərəfindən Kaxovka SES-in partladılmasından sonra olub. Həmin vaxt Ukraynaya çirkli suların kənarlaşdırılması üçün kollektor boru kəməri, sualtı nasoslar, motorlu nasoslar, şişmə qayıqlar, qoruyucu kostyumlar, xilasedici jiletlər, yay və qış geyimləri göndərilib. Həmçinin ənənəvi olaraq, SOCAR-ın Azərbaycana məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsi humanitar məqsədlərlə Ukraynanı yanacaqla təmin edir”.
Politoloq sonda deyib: “Azərbaycanlılar öz torpaqlarını düşməndən azad edə bildilər, ukraynalılar da mütləq buna nail olacaqlar! Birlikdə qələbəyə doğru!”скачать dle 10.6фильмы бесплатно


168

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.