Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının bu gün Şuşada keçirilən 12-ci iclasında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və energetika sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.
Diaspor info-xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.
"Sənədlərin icrası iqtisadi tərəfdaşlığımızı və iki ölkənin biznes subyektləri arasında əlaqələri gücləndirəcək", - deyə o qeyd edib.
220